“Partiyalar, KİV güclü olsa, daha yaxşı olar” - STM rəhbəri icra hakimiyyətlərində daha böyük islahatların aparılmasını vacib sayır

img

02-09-2020 [12:19]


“Dinc dövrdən fərqli olaraq böhran dövründə liderlik fərqli fenomendir”.

Bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatı və “Pandemiya ilə mübarizədə dövlətin ani-böhran siyasəti ictimai rəydə” analitik hesabatının təqdimatı ilə bağlı keçirilən brifinqdə STM İdarə Heyətinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, altı rayonun İcra Hakimiyyətinin başçısı həbs olunub, o rayonlarda 1 milyona qədər insan yaşayır: “Bu, özü bəlkə də yerli icra hakimiyyətləri sistemində daha böyük islahatların aparılmasını zəruri edib. Biz ümumən yerli icra hakimiyyətləri ilə bağlı tədqiqatlar aparılmasını vacib sayırıq”.

O qeyd edib ki, xalqın birliyini qoruyub saxlamaq, məsuliyyəti öz üzərinə götürmək baxımından heç bir qurum, təşkilat Prezident İlham Əliyevi əvəz edə bilməz: “Biz görürük ki, indi insanlarımız tək cəza tədbirlərini deyil, cinayəti sübut olunsa, korrupsionerlərin büdcədən oğurladıqları pulların geri qaytarılmasını vacib sayırlar. Prezidentin korrupsiyaya qarşı mübarizədə fəaliyyəti cəmiyyətdə yüksək qiymətləndirilir. Ancaq qurumların korrupsiyaya qarşı mübarizəsinə münasibət fərqlidir. Ona görə düşünürük ki, biz korrupsiyaya qarşı mübarizədə bütün qurumların effektivliyini araşdıraq. Biz Prezidentin dilindən “xain məmurlar” ifadəsini eşidirik”.

STM İdarə Heyətinin sədri partiyaların qeydə alınmasını ölkə həyatında mühüm hadisə adlandırıb: “Partiyalar, KİV güclü olsa, daha yaxşı olar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR