YAP-dan Belarusdakı hadisələrə maraqlı şərh: "Hakimiyyətdə kimin olmasından aslı olmayaraq...."

img

18-08-2020 [19:54]


Sosial şəbəkələrdə Belarusda baş verən hadisələr geniş işıqlandırılır, proseslərin gedişi ilə bağlı müxtəlif şərhlər təqdim olunur. Onların arasında Azərbaycanla Belarus arasında müəyyən paralelliklər aparmaq cəhdləri də var. 

Qeyd olunur ki, Azərbaycanda da, Belarusda olduğu kimi, eyni siyasi qüvvə təqribən eyni vaxtdır ki, hakimiyyətdədir. Üstəlik, hər iki dövlətin Rusiya ilə yaxşı münasibətləri var və Qərbə inteqrasiyada ciddi məsafə saxlanır. Habelə o da qeyd edilir ki, hər iki ölkədə müxalifət oxşar metodlarla zəiflədilir və s .

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə "Turan" agentliyinə deyib ki, Azərbaycan dövlət olaraq əməkdaşlıq və dostluq əlaqələrini dövlətlə qurur, hansısa bir siyasi qüvvə ilə yox: "Bu baxımdan, hər bir ölkənin daxili siyasi həyatını həmin ölkənin proseslərinin nəticəsi kimi dəyərləndiririk. Hesab edirəm ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycan-Belarus münasibətləri həmişə yüksək səviyyədə olacaq".

O, Belarusda baş verən hadisələri bu ölkənin daxili işi adlandırıb.

Deputat əlavə edib ki, Azərbaycan heç bir zaman Belarusun daxili işlərinə qarışmayıb, istənilən ölkə də ilk növbədəöz suveren hüquqlarına hörmətlə yanaşmalıdır. Onun deməsinə görə, Azərbaycan və Belarus arasında sıx iqtisadi, ticarət əlaqələri var: "Bu baxımdan hesab edirəm ki, hakimiyyətdə kimin olmasından asılı olmadan Azərbaycan digəölkələrləöz münasibətlərini çox rəvan, sabit qurur. Belarusun daxili işlərinə qarışmadan yaxın münasibətlərin olmasında maraqlıyıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR