KAFE və RESTORANLARIN FƏALİYYƏTİNƏ İCAZƏ VERİLDİ - Hökumətdən qərar
15-08-2020 [11:09]
Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqqında qərar qəbul edib.
Bu barədə Mia.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2020-ci il avqustun 18-dən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.
Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilir.
Bu Qərarın məqsədləri üçün ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək üçün istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.
İctimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur.
İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.
Qərara əsasən, fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərinin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur.
Qəzzada ölənlərin sayı 34 min 943-ə yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib - FOTOLAR
Prezident və birinci xanım Mamayı məscidinin açılışında - FOTOLAR
Taylandda qızmar hava: 61 nəfər ölüb
DİM aprelin 14-də keçirilən imtahanların nəticələrini elan edib
Ceyhun Bayramov Qazaxıstanda - XİN başçıları arasında 4 saatlıq görüş olub (FOTO) - YENİLƏNİB
Qırmızı bülletenlə axtarılan rusiyalı kriminal Antalyada tutulub
Türkiyədə Ali Məhkəmə sədrliyinə 36-cı dəfə seçki keçiriləcək - Namizədlərdən biri geri çəkilib
Prezident İlham Əliyev Qarabağ zonasında - Şuşanın ilk sakinləri ilə görüş + ÇIXIŞ (FOTOLAR) - Yenilənib
Bakı və Abşeronda hava şəraiti dəyişəcək
İstanbulda çörəyin qiyməti qalxıb - 31,25 faiz
Yəhudi millətçiləri BMT-yə bağlı qurumun ətrafına od vurub - Quterreşdən etiraz gecikmədi
Rusiya Ukraynanı addım-addım ələ keçirir: "Novokalinovo qəsəbəsini nəzarətə götürdük"
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Ali Koç cəzalandıırlıb
Deputat: "Növbədənkənar seçkilər olmaya da bilər" - "Partiya kimi namizəd kimi görəcəksə, o, seçkiyə gedəcək"
Sabunçu rayonunda əməliyyat: saxlanılan var
Koleclərə qeydiyyat başlayıb
Mehriban Əliyeva: "Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
Afrikanın daha bir ölkəsində epidemiya yayılır - 156 nəfər ölüb
“Bu dəqiqə canımla əlləşirəm, nə parlament seçkilərinə namizədlik?" - Şeyxin qudası
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
SABİQ REKTORA AĞIR CƏZA VERİLDİ: "O, məndən yazırdı..." - Qətl işi
"Atəşgah Həyat" sığorta şirkətinin rəhbər şəxsi cərimələnib
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Çempionlar Liqasının finalı: "Borussiya Dortmund" 20, yoxsa 25 milyon avronu seçəcək?
Mayın 11-12-də maqnit qasırğası gözlənilir
Azərbaycan nefti cüzi bahalaşıb
YAP parlament seçkilərinə hazırlaşır - Tahir Budaqov açıqladı
ƏƏSMN-də maraqlı təyinatlar: nazir müavinin qaynı nazirliyin strukturlarına necə nüfuz edir? - TƏFƏRRÜAT (FOTOLAR)
Dövlət qulluğuna imtahan keçiriləcək - Açıqlama
Belçikada telekanal "Eurovision"un yayımını kəsdi, İsraili qınadı: "Bu, bir həmrəylik aksiyasıdır"
Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR
Prezident İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
Türkiyədə 7 polis saxlanılıb - “Qarson”un ifadəsi əsasında
YAP funksioneri: "Ermənistan ikili oyun oynamaqla həm Rusiya, həm də Qərbə xəyanət edir"
Saatlı Rayon Polis Şöbəsində daha bir dəyişiklik olub