Yəhudi millətçiləri BMT-yə bağlı qurumun ətrafına od vurub - Quterreşdən etiraz gecikmədi

img

10-05-2024 [17:09]


Yəhudi millətçiləri BM-nin Fələstində fəaliyyət göstərən UNRWA yardım təşkilatının qərargahı ətrafındakı ərazini yandırması böyük rezonas doğurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisəyə BMT Baş katibi Antonio Quterreş srət reaksiya verib.

O, işğal altındakı Şərqi Qüdsdə israilli ekstremistlərin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) Yaxın Şərqdəki yeganə qərargahının ətrafını yandırmasını qətiyyətlə pisləyib: "Şərqi Qüdsdəki UNRWA qərargahına hücumu pisləyir və İsrail rəhbərliyindən olayla bağlı təcili araşdırma aparılmasını tələb edirəm. Bu hadisə qəbuledilməzdir və bu tip hadisələr bir daha təkrarlanmamalıdır".

UNRWA-nın baş komissarı Filip Lazzarini isə bildirib ki, israilli ekstremistlər Baş Qərargahın ətrafındakı ərazini iki dəfə yandırıb: "Həmin vaxtı UNRWA və digər BMT əməkdaşları da burada olublar. Xoşbəxtlikdən xəsarət alan olmayıb".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA