YAP funksioneri: "Ermənistan ikili oyun oynamaqla həm Rusiya, həm də Qərbə xəyanət edir"
10-05-2024 [09:15]
"Dövlət başçısı İlham Əliyevin “Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir” çağırışı işğalçı dövlətə ciddi mesaj olmalıdır. Bu fakt daim vurğulanır ki, Azərbaycan və Ermənistan eyni vaxtda müstəqillik qazansalar da işğalçı dövlətin müstəqilliyinin formal xarakter daşıması onun daim daxili problemləri ilə diqqətdə olmasını şərtləndirir. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, iqtisadi cəhətdən müstəqil olmayan ölkə müstəqil siyasətdən danışa bilməz. Azərbaycan bu baxımdan daim nümunəvi ölkə kimi qeyd edilir. Ölkəmizin səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması fonunda malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi həm iqtisadi inkişafının təmin olunmasında, həm də dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rol oynamasında öz sözünü deyir. Azərbaycan 30 il müharibə şəraitində yaşasa da hər bir sahədə qazandığı uğurları ilə dünyanın diqqətində oldu. Dövlət başçısı İlham Əliyevin çıxışlarında dönə-dönə qeyd olunduğu kimi, müstəqillik yalnız atributları ilə ölçülmür. Müstəqillik müstəqil siyasət aparmaq deməkdir".
Mia.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə diqqəti Kremldə Putin-Paşinyan görüşünə yönəldərək bidirib ki, Rusiya-Ermənistan danışıqlarında əsas müzakirə mövzularından biri iqtisadi məsələ olub:
"Açıqlanan rəqəmlər Ermənistanın Rusiyadan nə qədər asılı olduğunu bir daha təsdiqləyir. Ermənistanla Rusiyanın ticarət dövriyyəsi 2023-cü ildə 7 milyard dolları keçib. Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə ticarət dövriyyəsinin isə 14 dəfə artığı xüsusi vurğulanıb. Bu reallıq da qeyd edilib ki, Ermənistanın Rusiyaya ixracı kəskin artıb. Məhz bu faktın özü müxtəlif sualların yaranmasına səbəb olur. İqtisadi böhran içərisində çabalayan, dövlət büdcəsi xaricidəki erməni diasporunun ayırdığı vəsaitlər hesabına formalaşan, iqtisadi göstəriciləri ən aşağı səviyyədə olan ölkələr sırasında yer alan Ermənistanın birdən-birə hansı yolla “iqtisadi tərəqqiyə” nail olması maraq doğurmaya bilməz".
V. Rəhimzadənin sözlərinə görə, Ermənistanın ixrac imkanlarının “genişlənməsi” bir daha bu reallığı təsdiqləyir ki, işğalçı dövlət Rusiyanın hesabına yaşadığı halda özünün əzəli ağasına arxa çevirir:
"Müstəqillik qazandığı gündən bu və ya digər ölkələrin maraqlarının ifadəçisinə çevrilməsi bu gün Ermənistanın “möcüzəli” iqtisadi inkişafında da özünü qabarıq şəkildə büruzə verir. Başqa sözlə, Ermənistanın xəyanətkarlığı dünyanın diqqətindən kənarda qalmır. Əvvəldə də qeyd etdiyimiz kimi, yeni yiyə axtarışı bu ölkənin beynəlxalq münasibətlərdə etimad qazanmasına, davranışlarında səmimilik göstərməsinə daim böyük maneə yaradıb.
Çünki hazırkı dövrün digər reallığı isə Ermənistanın sanksiya altında olan malları gizli yolla Rusiyaya satması, Qərbə xəyanət yolunu tutmasıdır. Bu mühüm məqamı da xatırlatmaq istərdim ki, aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan görüşündə də əsas müzakirə mövzusu guya Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dəstək məsələsi idi. Dünya güclərinin işğalçı dövlətə maddi dəstək yarışına girişmələrinin arxasında dayanan maraqlar özlərinə “gizli” olsa da artıq hər kəsə aydındır".
Vüqar Rəhimzadə vurğulayıb ki, Nikol Paşinyan hakimiyyəti ikili oyun oynamaqla özünə “dəstək” qazanmağa cəhdlər etməkdənsə, hazırkı dövrün əsas çağırışı olan Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesini tezləşdirməklə özünün iqtisadi vəziyyətini yaxşılaşdıra bilər:
"Hələ 30 illik işğal dövründə bu reallıq dünya gücləri tərəfindən də qeyd edilirdi ki, münaqişənin mövcudluğu regionun iqtisadi inkişafına ən böyük maneədir.
Ermənistanın işğalçılıq siyasəti ucbatından bütün layihələrdən kənarda qalması onun iqtisadi böhran içərisində çabalamasında əsas amillərdən biridir. Hazırkı dövrdə, Azərbaycanın sülh təklifinin gündəmdə olduğu bir vaxtda Ermənistanın yeni yiyə axtarışına çıxmasından çox müqaviləni imzalanması onun üçün daha faydalı olardı. Başqa sözlə, xəyanətkarlıqla iqtisadi vəziyyətini bərpa etməyə çalışan Ermənistanın siyasətində hansı dəyərlərə söykəndiyi artıq tam şəkildə özünü nümayiş etdirir".
MİA.AZ
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb