Bakı və Abşeronda hava şəraiti dəyişəcək

img

10-05-2024 [17:46]


Qarşıdakı günlərdə Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli keçəcəyi, yağış yağacağı gözlənilir.

Mia.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, mayın 12-si günün ikinci yarısından 13-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Həmçinin qeyd edilən tarixlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA