“Bu dəqiqə canımla əlləşirəm, nə parlament seçkilərinə namizədlik?" - Şeyxin qudası
10-05-2024 [12:45]
“Bu dəqiqə canımla əlləşirəm. Nə parlament seçkilərinə namizədlik? Bir dəfə Azərbaycanın tarixinə düşdük. Sağ olsun hökumətimiz, dövlətimiz, camaatımız. Bəsdir də. Mən gedim parlamentə 75 dəfə seçilim, nə olsun? Dəfələrlə Həccə gedib-gəlmişəm. Allah isə deyib ki, bir dəfə Həccə get, vacibdir. Yoxsa mən üstünə qoymuşam, neçə dəfə getmişəm... Bunları özüm üçün etmişəm. Qurban olum Allaha, qismət edib, bir dəfə də deputat olmuşam. Bəzi yaşlı adamların danışığına fikir verirəm. Dalbadal xaric dövlətləri misal çəkmələri düzgün deyil. Bəzilərini nəzərdə tuturam. Gəl, otur nəvələrinin, nəticələrinin yanında. Az qala 200-300 il bu işlərlə məşğul olublar. Hələ də deyirlər ki, onu edək, bunu edək. Xarici yığışdırın, qoyun bir tərəfə. Reallıq Azərbaycandadır. Xaric belə gəldi, elə getdi. Xaric bizim üçün heç nə etmədi. 30 il bizi aldatdı. ATƏT-in Minsk Qrupu getdi, gəldi. Ancaq yeyib-içməyə gəldilər, hamımızı aldatdılar...”.
Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Allahşükür Paşazadənin qudası Qalib Salahzadə deyib.
“Ulu Öndərin çıxışlarının hamısını əzbər bilirəm. Bu gün də 101 illiyidir. Allah rəhmət eləsin. Heydər Əliyev deyirdi ki, torpaqlarımızı düşməndən geri alacağıq. Sonra oğluna da vəsiyyət etdi. Allah Prezidentimizi qorusun. 44 günə torpaqları aldı, erməniləri darmadağın etdi. Bunları bizim üçün xarici dövlətlər etdi? Nə xaric? Hər şeyi qoyuram kənara, 20 gün xaricdə xəstəxanada yatdım. 20 günün ərzində acından ölürdüm. Bizim yeməklərimiz, dolanışığımız tamam başqa şeydir. “Xaricdə bunu gördüm, onu gördüm”. Boş şeylərdir. Ümumiyyətlə, Azərbaycandan başqa yaşamağa ikinci bir dövlət yoxdur. Bizim insanlarımız da yaxşıdır. Xaricdə parlamentdə kimsə 50 il oturubsa, xalq dəstəyi ilə oturub...”, - o, bildirib.
Q.Salahzadə deputat oğlu Əliabbas Salahzadənin fəaliyyətinin qənaətbəxş olmaması, növbəti seçkilərdə parlamentlə vidalaşacağı barədə məlumatlara isə belə reaksiya verib: “Mən oğlumu nə tərifləyənəm, nə də reklam edənəm. Aktivlik nəyə deyirlər? Aktivlik odur ki, çıxıb parlamentdə qışqırsın? Mən abırlı-həyalı uşaq böyütmüşəm. Əliabbasın işlərinə qarışmıram. Mən kənddə, o isə şəhərdə yaşayır. Şənbə-bazar günləri bəzən uşaqları ilə gəlir, vəssalam. Mən ona elə tərbiyə verməmişəm ki, başımı aşağı eləsin. Bir nəfər adam onun arxasınca pis söz danışa bilməz. Ünvanına indiyə qədər nalayiq söz eşitməmişəm, eşitməyəcəyəm də. Heç kim Əliabbasın hörmətsiz hərəkətindən danışa bilməz. Mən övladıma tərbiyə vermişəm. Bu tərbiyə də onun bəsidir. Kim bəyənir, kim bəyənmir, öz işidir. Heç mənim özümlə nəsə danışmır. O qədər mənə heç nə demir ki, hərdən sual verirəm, cavab vermir. Axırda soruşuram ki, deyəsən, sən “KQB”sən. Evin içində danışmır. Deyirəm ki, ay bala, sən heç mənimlə danışmırsan. Ondan nigarançılığım, narazılığım yoxdur”.
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb