“WhatsApp”da yeni funksiya yaradılıb

img

04-08-2020 [21:59]


“WhatsApp”a göndərilmiş mesajların həqiqiliyini yoxlamaq üçün funksiya əlavə edilib.

"RİA Novosti” xəbər verir ki, bu yenilik qrup çatları və dəfələrlə ünvanlanmış mesajlara aid ediləcək.

Məlumata görə, həmin mesajların yanında lupa işarəsi olacaq. Həmin düymə vasitəsilə proqram “Google”da həmin mesajı axtarışa verəcək.

Beləliklə, istifadəçi həmin mövzu ilə əlaqədar xəbər və məlumatlar əldə edə biləcək.

“Fact cheking” adlanan funksiya artıq ABŞ, Böyük Britaniya, İspaniya, Braziliya, Meksika, İtaliya və İrlandiyada işə salınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA