Qardabani rayonunda son iki gündə koronavirusa yeni yoluxma halı qeydə alınmayıb

img

04-08-2020 [13:23]


Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda son iki gündə koronavirusa yeni yoluxma halı qeydə alınmayıb.

Bu barədə rayon meri Ramaz Budaqaşvili bildirib.

Onun sözlərinə görə, Qaracalar kəndində əhalinin tibbi müayinədən keçirilməsi davam etdirilir.

Mer kənddə 39 nəfərin özünütəcriddə, 90 nəfərin isə karantində olduğunu deyib.

Qeyd edək ki, Qardabanidə indiyədək COVID-19-a 63 yoluxma faktı təsdiqlənib, onların da 38-i Qaracalar kəndinin payına düşüb. Kənd iyulun 24-dən təcrid olunub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR