Rusiyanın Belarusda tutulan “Vaqner” döyüşçüləri İstanbula getmək istəyirmişlər? - Konsuldan açıqlama

img

03-08-2020 [18:17]


Rusiyanın “Vaqner” qrupunun Belarusda tutulan döyüşçülərinin hansı ölkəyə getmək istədikləri məlum olub.

Rusiyanın Belarusdakı konsulu “Rossiya-1” telekanalına müsahibəsində deyib ki, döyüşçülər Latın Amerikası ölkələrindən birinə getməliymişlər.

Konsulun sözlərinə görə, döyüşçülər Belarusdan tranzit olaraq İstanbula, oradan isə Latın Amerikası ölkələrindən birinə getməyi planlaşdırıblar.

“Onlar iyulun 25-də Minskdən İstanbula, oradan isə üçüncü ölkəyə uçmalıymışlar. Sonuncu təyinat məntəqəsi Latın Amerikası regionundakı ölkələrdən biri idi”.

Qeyd edək ki, Belarusda Rusiyanın “Vaqner” özəl hərbi qurumunun 32 döyüşçüsünün saxlanılması barədə iyulun 29-da məlumat yayılıb/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR