"Kiçik kafelər və açıq havada olan restoranlarla bağlı məsələlər müzakirə edilir" - TƏBİB-dən anons

img

03-08-2020 [17:54]


"Kiçik kafelər və açıq havada olan restoranlarla bağlı məsələlər müzakirə edilir"

Mia.az xəbər verir ki, bu sözkəri Operativ Qərargahın brifinqində TƏBİB rəsmisi Yaqut Qarayeva deyib.

O bildirib ki, bu yumşalmaların nəticəsindən asılı olaraq bundan sonrakı addımlar müzakirə ediləcək.

Onun sözlərinə görə, kiçik kafelər və açıq havada olan restoranlarla bağlı məsələlər müzakirə edilir: “Qida qəbul edəndə istər-istəməz maskadan istifadə mümkün olmur. Bu məsələlər müzakirə edilir. Mərhələli şəkildə buna getmək lazımdır. Birdən-birə açılmalar kütləvi yoluxmalara səbəb ola bilər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA