Dövlət Neft Fondunun xərcləri artırılır

img

03-08-2020 [14:26]


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 5 041,5 mln manat  və ya 40,7% az nəzərdə tutulur.

Bu barədə ARDNF-nin 2020-ci il üzrə yenidən baxılmış büdcəsi layihəsində məlumat verilib.

Fondun xərcləri isə cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 850 mln manat və ya 7,4% çoxdur.

Beləliklə, ARDNF-nin xərcləri 12 410,0 mln manat, gəlirləri 7 342,6 mln manat nəzərdə tutulur.Fondun büdcəsində 5 067,4 mln manat defisit yaranacaq.

Fondun xərclərində artım büdcəyə transfertlərin artması ilə bağlıdır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA