Mübariz Qurbanlının eyni ünvanda qeydiyyatda olan şirkətlərlə yarımmilyonluq "seminar" tenderləri... - Maraqlı faktlar üzə çıxdı
29-07-2020 [12:13]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Babadağ” MMC, “Zərdər” MMC və “Büllur-M” MMC ilə toplam dəyəri 528 240 AZN olan müqavilə imzalayıb.
Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, “Babadağ” MMC 186 500 AZN-ə “XXI əsrdən baxış: din və qadın” mövzusunda keçirəcək regional konfransların, “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda Bakıətrafı qəsəbə və kəndlərdə seminar-treninqlərin, “Zərdər” MMC 179 140 AZN-ə “Müasir reallıqlar kontekstində dövlət və din” və “Aşura mərasimləri: tarix, ənənə və müasirlik” mövzusunda seminar-müşavirələrin, “Büllur-M” MMC isə 162 600 AZN-ə “Azərbaycanın dövlət-din modeli: dünyəvilik” və “Dini maarifləndirmə sahəsində başlıca vəzifələr” mövzusunda keçiriləcək regional müşavirələrin təşkilatı işlərini həyata keçirməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr xidmətinin məlumatlarına görə “Babadağ” MMC 10 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 131-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Mustafazadə Xəyal Aqil oğludur.
27 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 20 AZN olan “Zərdər” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 95-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sadıqov Natiq Yavər oğludur.
“Büllur-M” MMC-yə gəlincə, şirkət 6 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 131-də yerləşir. Şirkətin qanuni təmsilçisi Hümbətov Məmmədhüseyn Məmmədhüseyn oğludur.
Hər üç şirkət barədə açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. Lakin şirkətlərin üçünün də bu ilin fevralında yaranması diqqət çəkir. Büllur MMC ilə Babadağ MMC-nin eyni ünvanda qeydiyyatda olması da maraqlıdır.
Digər tərəfdən, araşdırmalarımız zamanı bəlli olub ki, “Babadağ”ın qanuni təmsilçisi Xəyal Mustafazadə həm də “Xəmsə” MMC-nin, “Büllur” MMC-nin qanuni təmsilçisi Məmmədhüseyn Hümbətov isə həm də “Çinar-N” MMC-nin hüquqi sahibidir. Bu şirkətlər də 2020-ci ilin fevral ayında təsis edilib. Hüquqi ünvanları olaraq isə Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 131 göstərilib.
“Xəmsə” və “Çinar” MMC-lər bir müddət əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olub.
Şirkətlərin eyni ayda yaradılması, eyni ünvanda qeydiyyatdan keçməsi və bir neçə aydır ki, təsis edilməsinə baxmayaraq iri məbləğli satınalmaların qalibi olması müəyyən şübhələrə yol açır. Güman ki, adıçəkilən MMC-lər sadəcə “tender əməliyyatları” üçün yaradılıb.
DİN: "Bakıda qəzada üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır"
Prezidentdən Cəbrayılla bağlı paylaşım - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rüşvət ittihamı ilə tutulan bələdiyyə sədri CHP-dən istefa verdi: "Məni gözdən çıxardılar"
"Neftçi" "Zirə" ilə heç-heçəyə razılaşıb
TRAMP ONLARA VAXT QOYDU: "İndiyə qədər görülməmiş qiyamət qopacaq"
"Bakcell" "İnnovasiyalar və süni intellekt" konfransının əsas tərəfdaşı oldu - FOTOLAR
Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən şəxs həbs olunub
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
General-mayor Baba Salayevə birinci müavin təyin edilib
Dövlət Agentliyində traybalizm: qudaların eyni qurumda başqa vəzifələri də varmış (FOTO)
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib
Qəzzada aclıq: ölənlərin sayı 457-yə yüksəldi
Qaz üçün əlavə bir manat ödəniş... - Yeni tariflər nə vaxt qüvvəyə miinəcək? (AÇIQLAMA)
Bank kartlarına yenidən kiberhücumlar başlayıb
DTX-dən növbəti sensasiyalı əməliyyat: 4 nəfər dövlətə xəyanət ittihamı ilə həbs olunub
Türk hakim futboldan uzaqlaşdırıldı - 15 günlük
Aytac Əlisultanlı İdarə Heyətinə yeni üzv təyin olunub
Yaxın üç gün ərzində hava necə olacaq? - Proqnoz
187 dərmanın qiyməti bahalaşıb - Tarif Şurası qərar verdi
Peşə tanınması ilə bağlı imtahanlar - Aylıq statistika açıqlanıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İcra başçısının “Vikipediya” səhifəsi barədə maraqlı xəbər yayılıb
“Ezel”dəki "Dayı"nı 12 il həbs gözləyir - "Xərac" kəsirmiş
Rusiya Baş nazirinin müavini Azərbaycana gələcək
Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələri görüşəcək
Qazaxıstan prezidenti Azərbaycana gəlir - Bu tarixdə
MİT-dən növbəti əməliyyat: daha bir İsrail agenti həbs olunub
Əli Əsədov yeni qərar imzalayıb
XİN: "Türk birliyi – güc, sabitlik və rifah mənbəyidir!"
İrandan Azərbaycana gətirilən bakteriya aşkarlanıb
Oktyabr ayı üzrə bürclərin ən şanslı günləri...
Yaşar Nurinin qızı tənqidlərə cavab verdi: "Yaxşı edirəm!"
"Mən birinci dəfədir, bunu sizdən eşidirəm" - Pənah Hüseyn Rəsul Quliyevlə bağlı iddianı belə cavablandırdı
"Su tariflərində differensiallaşma aşağı gəlirli təbəqəni qoruyacaq" - Əsəd Şirinov belə deyir
İTV-nin rəhbəri: "Deməli, bu, "fake" məlumatdır"
Xəzər dənizinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - Leyla Əliyevanın təşəbbüsü ilə
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsində - FOTOLAR
İsrail 4 italiyalı deputatı deport edib
UEFA reytinqi: türk komandaları ölkə adına əlavə xal qazandırıb
Şərqşünaslıq İnstitutunda "Bəxtiyar Vahabzadə və Türk dünyası" adlı elmi sessiya keçirilib
Mərkəzi Bankda dəyişiklik - Departament rəhbəri yola salındı
Milli mətbuatın 150 illiyi yubiley medalına namizədlər müəyyənləşib - MŞ-də iclas olub
"Bayraktar Teknoloji Azərbaycan" MMC PUA istehsalına başlayıb
2 milyon manatlıq qalmaqal - Əbülfəz Babayev barışdı və proses bitdi