24-25 iyunda keçirilmiş buraxılış imtahanlarının cavabları elan olundu
GÜNDƏM
16.07.2020, 16:53
11-ci sinif şagirdləri üçün 24-25 iyun 2020-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
Mia.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadla bildrir ki, DİM tərəfindən imtahan nəticələri saat 16:35-dən etibarən Mərkəzin saytına yerləşdirilib.
İmtahanda iştirak edənlər DİM-in internet saytına daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini https://eservices.dim.gov.az/sagird/infosh.aspx linkindən öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə buradan tanış ola bilərsiniz.
Bu imtahanlarında iştirakı nəzərdə tutulan 8385 nəfərdən 120 nəfər imtahana gəlməyib.
İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 290.7 bal toplayan Balakən rayonu, Katex kənd 3 saylı tam orta məktəbin məzunu göstərib. İkinci ən yüksək nəticəni 289.6 bal toplayan Quba rayonu, Güləzi kənd tam orta məktəbin, üçüncü ən yüksək nəticəni isə 288.3 bal toplayan Quba rayonu, Səbətlər kənd tam orta məktəbin məzunu göstərib.
Buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 27 iyul 2020-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 20-22 iyul tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyə millisi Belçika ilə çətin sınaq qarşısında - İki oyunçu məşqlərə qatılmadı
Bugün, 00:38 İDMAN
-
"Trabzonspor"dan "Mançester Yunayted"ə çağırış: "Qiyməti aşağı salın, biz alaq"
Bugün, 00:31 İDMAN
-
İsrailin keçmiş Baş naziri: "İsrail ordusu çökmə riski ilə üz-üzədir"
Bugün, 00:14 DÜNYA
-
Kaliforniyada müsəlmanlara xüsusi jest edildi - Ramazan və Qurban bayramlarında qeyri-iş günləri olacaq
Bugün, 00:07 GÜNDƏM
-
Fatih Terimin nəvəsi virusa yoluxdu: "Təəssüf ki, dərmanı yoxdur!"
Bugün, 00:05 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakadla görüşüblər - FOTOLAR
Bugün, 00:00 GÜNDƏM
-
Casusluq ittihamı: İmamoğlu və jurnalist haqqında qərar verildi
29.09.2026, 23:14 SİYASƏT
-
Fransa müstəmləkəsinə "yox" deyən ölkənin yeni lideri bir ilkə imza atdı
29.09.2026, 23:06 DÜNYA
-
Türk aktrisa Parisdə şouda: 10800 dollarlıq paltar göz qamaşdırdı - FOTO
29.09.2026, 22:41 ŞOU-BİZNES
-
Sabiq nazir və ailəsinin mal-mülkünə həbs qoyuldu
29.09.2026, 22:36 SİYASƏT
-
Çin Yaponiyanı təhdid elədi: "Tarixdən dərs çıxarmayanın gələcəyi yoxdur"
29.09.2026, 21:04 DÜNYA
-
Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə müzakirə apardı
29.09.2026, 21:04 SİYASƏT
-
Şahin Mustafayev Tehranda Pezeşkianın qəbulunda: "Azərbaycan Prezidenti İlham Əliyevin salamları var"
29.09.2026, 20:28 GÜNDƏM
-
“Azəriqaz”da şöbə müdiri təyinatı oldui
29.09.2026, 18:21 CƏMİYYƏT
-
“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov
29.09.2026, 18:08 CƏMİYYƏT
-
Nargin: Saralmış Kədər - Qarabağ - Türk dünyasının ZƏFƏR yaddaşı
29.09.2026, 17:56 MƏDƏNİYYƏT
-
Bakıda 6 mənzil, rayonda şadlıq evi, villa və mağazalar... - Vəzifədən azad edilən məmur bu qədər sərvətə necə sahiblənib?
29.09.2026, 17:39 CƏMİYYƏT
-
Kamran Əliyev Rusiyanın Ali Məhkəməsinin sədrini təltif etdi - FOTO
29.09.2026, 17:17 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
29.09.2026, 17:00 İQTİSADİYYAT
-
Məcburi köçkünlər üzrə elektron baza yenilənəcək
29.09.2026, 16:56 GÜNDƏM
-
Əli Həsənovun qızı Dubayda biznes qurub - FOTOLAR
29.09.2026, 16:56 SİYASƏT
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - FOTOLAR
29.09.2026, 16:44 İQTİSADİYYAT
-
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTOLAR
29.09.2026, 16:40 GÜNDƏM
-
Xalq artistinin səhhəti haqqında açıqlama: "Həkimlərin nəzarətindədir"
29.09.2026, 16:18 CƏMİYYƏT
-
637 min manatlıq mübahisəli iş üzrə məhkəmə davam edir
29.09.2026, 16:10 KRİMİNAL
-
Lənkəranda zəlzələ olub
29.09.2026, 15:59 GÜNDƏM
-
Torpaq sahəsinin koordinatlarının naturada tanıdılması xidməti elektronlaşdırılıb
29.09.2026, 15:56 İQTİSADİYYAT
-
Oktyabr ayında hava necə olacaq? - AYLIQ PROQNOZ
29.09.2026, 15:35 CƏMİYYƏT
-
Xətainin abidəsinin postamenti üzərindəki yazı... - Araşdırma başlayıb + FOTOLAR
29.09.2026, 15:20 MƏDƏNİYYƏT
-
NATO-dan bəyanat: "Rusiyaya qarşı gücümüz var"
29.09.2026, 15:08 GÜNDƏM
-
90-ların müğənnisi illərə meydan oxuyur - FOTOLAR
29.09.2026, 14:57 ŞOU-BİZNES
-
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
29.09.2026, 14:39 CƏMİYYƏT
-
Daha bir rayonun statistika idarəsinin rəisi işdən çıxarılıb
29.09.2026, 14:29 CƏMİYYƏT