"Bandotdel"dən əməliyyat: Bakıda silahlı şəxs saxlanılıb + FOTOLAR
16-07-2020 [13:32]
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Baş İdarəyə Tofiq adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, paytaxt sakini Tofiq Qaranizadə Nəsimi rayonu ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə Şəki şəhər sakini Fərid Əbdürəhimov Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində saxlanılıb. Onun idarə etdiyi avtomobilin yük yerinə baxış zamanı “TOZ-17” modelli silah və ümumilikdə 491 ədəd müxtəlif kalibrli patron aşkar olunaraq götürülüb.Fərid Əbdürəhimov həmçinin ifadəsində ona məxsus daha bir neçə odlu silah-sursatı həmyerlisi Ruslan adlı şəxsə borclu olduğu üçün verdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs Şəki şəhər sakini Ruslan Əliyev də saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış zamanı 1 ədəd “Naqan” markalı tapança, 41 ədəd patron və 1 ədəd tüfəng aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Tofiq Qaranizadə, Fərid Əbdürəhimov və Ruslan Əliyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Türkiyədə 160 FETÖ-çü saxlanıldı - Açıqlama
Türkiyədə zəlzələ olub - 4 bal gücündə
QARABAĞIN DAHA 4 BÖLGƏSİNƏ KÖÇ OLDU
Ferdi Kadıoğlu evlənib - FOTO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sumqayıtda azyaşlıların "razborkası": 16 yaşlı yeniyetmə bıçaqlandı
Ərəblər daha bir məşhur məşqçi ilə anlaşdı
PSJ məhkəmədə uduzdu - Mbappeyə 61 milyon avro təzminat ödənləcək
"Ayaks" yapon müdafiəçi ilə anlaşdı
Balakəndə ağır qəza: ölən və xəsarət alanlar var
İsrail İordan çayının Qərb Sahilində 531 hektar torpağı ələ keçirib
Milyonlarla izləyicisi olan tiktoker canına qıyıb - Səbəb gizlədilir
Şagirdlərin fərdi inkişaf trayektoriyası real vaxtda necə formalaşır? - Vahid Tağıyev yazır
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Qəzza yenidən bombalanıb: ölənər var
Ərdoğan iki ölkəyə xəbərdarlıq etdi: "Qara dənizdə Türk gəmilərinin vurulması...." - Türkiyə lideri Ermənistanla əlaqədən də söz açdı
Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğanın silahdaşı aparıcılar haqda elə iddia irəli sürdü ki... - "Onlardan daha betəri var, əgər cinayət işi açılmazsa..."
Mürvət Həsənli İctimai Şuranın sədri oldu - KTN-də...
"Evdən iş" forması - Yeni qanun parlamentdə ilk oxunuşdan keçdi
Nərimanovda dərəbəylikdir - Şirkət sakinlərin istilik, elektrik və qaz xətlərini kəsib
Hakan Fidan ABŞ səfiri ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Volkan Dəmirəl istefaya göndərildi - Yeni təyinat oldu
General-mayor vəzifəsindən azad olunub
Mərc oyunları reklamı qadağan olunacaq - Türkiyədə
Prezident İlham Əliyev amnistiya elan edib - Nə qədər məhkum azad olunacaq? (YENİLƏNİB)
Azərbaycan və Türkiyə arasında yeni anlaşma: nələr olacaq? - TƏHLİL
Cəmil Həsənli növbəti dəfə istintaqa çağırıldı
Xətaidə pirotexniki vasitə satan şəxs saxlanıldı
Deputatlar bu tarixdə toplanacaq
"Fənərbağşa"dan ayrılan məşhur hücumçu yeni kluba keçir
Qənimət Zahidə ittiham aktı elan olunub - Məhkəmə prosesi
Deputat: "Ət ala bilməyən minlərlə ailə var, şadlıq evlərində isə tonlara kabab zibilə atılır"
Vergi Məcəlləsinə dəyişiklik olunub - DETALLAR
Bu xidmətlərdən dövlət rüsumu tutulmayacaq - Yeni qanun
Xocalının daha iki kəndinə köç olub
Sabah yağış yağacaq