Fransa XİN-dən Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı - Bəyanat

Fransa XİN-dən Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı - Bəyanat 

DÜNYA

15.07.2020, 19:15

Fransa iyulun 12-dən etibarən Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmaları qınayır.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinin açıqlamasında bildirilib.

Fransa tərəfləri atəşkəs rejiminə əməl etməyə və danışıqları bərpa etməyə çağırıb.

Qeyd olunub ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olaraq rusiyalı və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq hüquq çərçivəsində həllinə sadiqliyini təsdiqləyir/APA.   

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR