Qoşulmama Hərəkatının İşçi Qrupunun ilk onlayn görüşü keçirilib
09-07-2020 [20:49]
Bu gün Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupunun ilk onlayn görüşü keçirilib.
XİN-dən Mia.az-a verilən məlumata görə, sözügedən İşçi Qrup Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında videokonfransının Bəyannaməsinin müvafiq bəndinə əsasən təsis edilmiş və Qrupa Qoşulmama Hərəkatı üzv dövlətlərinin pandemiyaya qarşı mübarizədə əsas tibbi, sosial və humanitar ehtiyaclarının əks olunacağı vahid məlumat bazasının hazırlanması tapşırılmışdır.
Görüş zamanı İşçi Qrupun sədri qismində Azərbaycan nümayəndə heyəti tərəfindən Təmas Qrupunun Zirvə Görüşündən ötən müddət ərzində İşçi Qrupun formalaşdırılması və QH üzv dövlətlərinin ehtiyacları ilə bağlı məlumat bazasının hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verilib və hazırlanmış məlumat bazası iştirakçılara nümayiş etdirilib.
Görüşdə Qoşulmama Hərəkatına üzv olan bir çox dövlətin nümayəndələri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının çoxtərəfli məsələlər üzrə Baş direktoru xanım Mişel Bokkoz və qurumun Əməliyyatlar və Təchizat məsələləri bölməsinin rəhbəri Paul Molinaro iştirak ediblər.
ÜST nümayəndələri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidentinə COVID-19-a qarşı mübarizə sahəsində beynəlxalq səylərə, o cümlədən ÜST-nin fəaliyyətinə verdiyi davamlı dəstəyə görə minnətdarlıq ifadə edərək ölkə başçısının təşəbbüsü ilə təsis olunan hazırkı İşçi Qrupunun fəaliyyətinə dəstək bildiriblər. ÜST nümayəndələri, həmçinin QH sədri qismində Azərbaycan tərəfindən ÜST-ə təqdim olunmuş müvafiq məlumatlar əsasında təşkilat tərəfindən QH üzv dövlətlərinə yardım göstərilməyə başladığını qeyd edib və bu istiqamətdə QH-nin İşçi Qrupu ilə bundan sonra da əməkdaşlıq etməkdən məmnun olacaqlarını vurğulayıblar.
Daha sonra görüşdə iştirak edən QH üzv dövlətləri çıxış edərək Hərəkatın sədri qismində Azərbaycanın COVID-19-a qarşı mübarizə sahəsində həyata keçirdiyi intensiv fəaliyyətə görə ölkəmizə təşəkkür edib və pandemiyaya qarşı mübarizə sahəsində öz ölkələrində görülən işlər barədə məlumat veriblər.
Görüşün yekununda İşçi Qrupun fəaliyyəti ilə bağlı növbəti addımlar planlaşdırılıb.
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi