"COVID-19 Moskvada geri çəkilməyə davam edir"

img

09-07-2020 [14:35]


“COVID-19 pandemiyası Moskvada geri çəkilməyə davam edir, yeni yoluxma dalğası baş verməyib”.

Bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin öz şəxsi bloqunda yazıb.

Onun sözlərinə görə, yoluxmanın maksimal səviyyəsinin qeydə alındığı may ayının əvvəli ilə müqayisədə bu gün koronavirusa yoluxma halları təxminən 10,7 dəfə azalıb. Mer koronavirus xəstəxanalarının yüklənməsinin də 3,9 dəfə azaldığını deyib.

O, müsbət tendensiyanın paytaxtda məhdudlaşdırılmaların aradan qaldırılmasının növbəti mərhələsinə keçməyə imkan verdiyini söyləyib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA