Sumqayıtda küçədə dolaşan koronavirus xəstəsinə cinayət işi açıldı - VİDEO

img

08-07-2020 [19:55]


Sumqayıt şəhər Polis idarəsi və Qubadlı rayon polis şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Aktiv koronavirus xəstəsi Sumqayıt şəhər Kotec qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur.

Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb. İbrahim Kərimov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.

Şəxs Polisin nəzarətinə götürülüb.

Oxu.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA