"Bəhram Bağırzadənin səhhəti ilə bağlı hər şey yaxşıdır"

img

04-07-2020 [11:46]


“Əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı hər şey yaxşıdır və hər gün klinik vəziyyətində müsbət dinamika davam edir”.

Mia.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, B.Bağırzadə hələ trakeostoma vasitəsilə süni tənəffüs aparatında nəfəs alır: “Artıq ağciyər və bədənin reabilitasiyasına başlanılıb. Müalicə həkimləri və hamımız onun süni tənəffüs aparatından ayrılacağı günü səbirsizliklə gözləyirik”.

B.Bağırzadə bir neçə gün əvvəl ECMO cihazından ayrılıb.

Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR