"Rayonlara gediş-gəliş, evdə qalmaq..." - Ağciyərində “buz kristalı” çıxan 600-dən çox müalicə alan xəstə var

img

03-07-2020 [18:23]


“Yeni normallaşma olması üçün qaydalara ciddi əməl edilməlidir. Rayonlara gediş-gəliş, evdə qalmaq məcbur verilmiş qərardır. Əgər hiperdinamiya olacaqsa, bunun çarəsinə bir şəkildə baxılmalıdır. Evdə xüsusi idman hərəkətləri etmək mümkündür”.

Mia.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, xəstəlik lokallaşdırılmasa, infeksiya daha çox əraziyə yayılmış olacaq: “Nə qədər erkən normal həyata qayıtsaq, o qədər sağlamlığımız üçün xeyirlidir. Rentgendə ağciyərində “buz kristalı” çıxan 600-dən çox müalicə alan xəstə var. Onları da koronavirus xəstəsi kimi müalicə edirik”.

R.Bayramlı əlavə edib ki, xüsusi rejimli xəstəxanalarda cüzu yoluxma faktı var: "Misal olaraq Mərkəzi Neftçilər Xəstəxanasında 7 yoluxma halı var idisə, onun da 4-ü evdə yoluxub. Bütün tibb personalı içərisində yoluxma göstəricisi 8% təşkil edir: “Bunun böyük hissəsi evlərdən daşınan infeksiyalardır”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq