TƏBİB rəsmisi Ramin Bayramlının istefaya getməsi haqda suala belə cavab verdi: "O, ciddi işlərlə məşğuldur"

img

30-06-2020 [18:46]


"Ramin Bayramlının istefa verməsi barədə yayılan məlumatlar doğru deyil"

Mia.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O, TƏBİB sədrinin istefa verdiyi haqda yayılan xəbərə əlavə olaraq bildirib ki, Ramin Bayramlı iş başındadır: “O, REACT layihəsi çərçivəsində işlərlə ciddi məşğuldur. Tibb müəssisələrinə monitorinqlər həyata keçirilir və o, şəxsən özü bu işə nəzarət edir”. 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR