Azərbaycan xalqı ən çox nələrdən qorxur? - Araşdırma + Sorğu
19-06-2020 [15:05]
Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan insanının qorxu indeksini öyrənmək üçün repsondentlər arasında sorğu keçirib və tədqiqat əsasında insanların müxtəlif qorxuları öyrənilib.
STM-dən Mia.az-a bildirilib ki, qorxu məfhumu bir çox respondentlər üçün hadisənin baş vermə ehtimalı ilə eynidir. Belə ki, bəzi respondentlər üçün qorxu baş verəcək hadisənin fəsadlarını düşünməkdən yaranır. Bəziləri üçün isə hadisənin baş vermə ehtimalının az və ya çox olmasından asılı olaraq qorxu hissi dəyişir.
Tədqiqatın sorğusunda Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Qarabağ, Mərkəzi Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə etməklə 1212 respondentin rəyini öyrənib. Naxçıvan Muxtar Respublikası və işğal altında olan regionlar sorğuda əhatə olunmayıb.
Tədqiqatın metodoloji prinsiplərində tədiqaqat əraziləri, respondentlərin seçimi, tədqiqat metodları, sorğu anketinin quruluşu, sahə işi, sorğunun aparılması üsulu, etik prinsiplər, təlimat, məlumatların işlənməsi və təhlili qaydalarına uyğun riayət edilib.
“Qorxu İndeksi”nin icmalında qeyd olunub ki, anketdə soruşulan sual tiplərinin eyni olması nəticələrin qarşılıqlı müqayisəsinə imkan verdiyindən, nəticələrin ifadəsində orta ədəddən istifadə edilib. Orta ədəd dəyəri 1 və 5 arası olub, daha yüksək ədəd daha çox qorxunu bildirir.
İndeksin hazırlanmasında sosial-demoqrafik nəticələrin təhlilinə görə, Seçmənin 51.9%-i kişi, 48.1%-i qadınlardan ibarət olub. Rəyi soruşulanların 31.7%-i 18-33 yaş, 34.5%-i 34-49 yaş və 27.3%-i 50-65 yaş aralıqlarında olub. Əhalinin qorxularını məzmuna görə qruplaşdırsaq, soruşulan suallar vətəndaşın sağlamlığı, maddi vəziyyəti, gözlənilməz bədbəxt hadisəyə məruz qalmaq və digər məsələlərlə bağlı olub.

Ən geniş yayılmış iki qorxu mövcuddur - ailə üzvlərinin xəstələnməsi və keyfiyyətsiz ərzaqların istehlakı nəticəsində sağlamlıqlarına dəyə biləcək ziyana görə mövcud olan qorxu. Hər iki hadisədən əhalinin 70%-dən çoxu bu və ya digər dərəcədə qorxur. Respondentlər ailə üzvlərinin xəstələnməsindən (72%) daha çox qorxur, nəinki özlərinin xəstələnməsindən (46%). Bu nəticəni belə izah edə bilərik ki, sorğuda əsasən gənclər və orta yaş qrupuna aid insanlar iştirak edib və böyük ehtimalla ailələrində daha yaşlı insanların olması respondentlərdə ailə üzvlərinin xəstələnməyinə dair qorxunun mövcudluğuna səbəbdir. Maraqlıdır ki, daha aşağı yaşlı insanlar özünün xəstələnməyindən daha çox qorxurlar (F(5)=3.47, p<0.01).
Başqa sözlə, yaşlı insanlar xəstələnməkdən daha az qorxur. Qadınların xəstələnməklə bağlı qorxu səviyyəsi kişilərə nisbətdə daha yüksəkdir (t(1191)=4.634, p<0.01, orta ədəd dəyərləri - 2.38 - qadın və 2.05 - kişi).
Diqqət çəkən məqam odur ki, respondentlərin yarısı (51.6%) COVID-19-a yoluxmaqdan heç qorxmur. Müqayisə üçün deyək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2020-ci ilin mart ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, əhalinin 44.9%-i COVID-19-a yoluxmaqdan heç qorxmadığı halda, 27.5%-in qorxu dərəcəsi az olub. Beləliklə, qorxmayanların səviyyəsində müəyyən artımın olduğunu müşahidə edə bilərik. Lakin çox qorxanların göstəricisində 10% azalma baş verib. Demoqrafik göstəricilərdən yalnız gender amili COVID-19-a yoluxmaq qorxusu ilə korrelyasiya təşkil edir. Belə ki, qadınların qorxu səviyyəsi kişilərə nisbətdə daha yüksəkdir ((t(1193)=3.226, p<0.01, orta ədəd dəyərləri - 2.14 - qadın və 1.92 - kişi). Qorxunun azalmasının əsas səbəbi mövcud şəraitə alışmaqdır.

COVID-19 pandemiyasına yoluxmaqdan qorxanlarla yanaşı, pandemiyanın ikinci dalğasının baş verə biləcəyindən qorxanlar da o qədər çox deyil. Belə ki, pandemiyanın ikinci dalğasından çox qorxanlarla, heç qorxmayanlarin faiz nisbəti bərabərdir (müvafiq olaraq ''çox qorxuram'' deyənlər 35.2%, ''heç qorxmuram'' deyənlər 35.3%). Ümumilikdə respondentlərin 57,6%-i ikinci dalğanın baş verməsindən qorxduğu halda, 38,5%-i qorxmur.
STM digər qorxular sırasında qəzaya düşmək və cinayət xarakterli təhdidlərə məruz qalmaq qorxusu, cinayət xarakterli təhdidlərdən qorxu, təbiət hadisələrinin baş verməsindən qorxu kimi tendensiyaları da araşdırıb.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub