İTV-nin iki əməkdaşı koronavirusa yoluxub - Telekanaldan açıqlama

img

18-06-2020 [15:43]


İctimai Televiziya və Radio Yayımları Şirkətində yoluxma şübhəsi olan əməkdaşlarla bağlı test verilib, onlardan ikisində nümunələr pozitiv çıxıb.

Mia.az xəbər verir ki, bu barədə TV-nin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Bildirilib ki, hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar.

Məlumatda o da qeyd olunub ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirməkdədir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maskalarla təmin edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR