"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
25-04-2024 [18:09]
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan "Bakcell" yeni brend kimliyini elan edib.
Mia.az-ın məlumatına görə, "Bakcell"in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşüb.
“Yeni Bakcell"in məqsədi Azərbaycanın dəyərli xalqına innovativ xidmətlər təqdim etməkdir. Yeni brend kimliyimiz zahiri görünüş, məzmun və mövqeləndirmə müstəvisində cəsarətli dəyişiklikləri əks etdirir. Bununla biz, "Bakcell" daxilində fəaliyyətimizin məqsədini yeni istiqamətə yönləndirəcəyik. Diqqət mərkəzimizdə sırf yeniliklər dayanacaq. Azərbaycana vacib olan və əhəmiyyət kəsb edəcək innovasiyaların gətirilməsi bundan sonra da bizim yolumuzu şimal ulduzu kimi istiqamətləndirəcək”, - deyə Klaus Müller vurğulayıb.
Belə ki, şirkətin yeni vizual həlli 5 dinamik fiqurun ulduz şəklində düzüldüyü və gələcəyə yol açan bir loqonu ərsəyə gətirir. Beləliklə, "Bakcell"in şimal ulduzu bəzən insanları, bəzən məkanları, əksər hallarda isə, dəyərli anları birləşdirərək bir-birinə bağlayır. Bu innovativ dizayn "Bakcell"in rəqəmsal gələcəyə sürətli sıçrayışının təcəssümüdür.
Mətbuat konfransında süni intellektlə dəstəklənən insanabənzər robot təqdim edən Bakcell şirkəti, bununla "Bakcell"in müştəriləri ilə qarşılıqlı əlaqəsi və işçi qüvvəsinin potensialını artırmaq üçün yeni innovativ brend kimliyində süni intellektin istifadəsini təsdiqləyib. "Bakcell"in hədəfi qarşıdan gələn innovasiyalar silsiləsi vasitəsilə bütün Azərbaycan ərazisində, xüsusən də Azərbaycan üçün olduqca önəmli və dəyərli anlarla zəngin olan Qarabağda ən sürətli mobil şəbəkəni təmin edərək dəyər təkliflərini artırmaqdır.
Ötən il "Bakcell" şirkəti yeni brend kimliyinin konsepsiyasının hazırlanmasını Meta və Alphabet kimi beynəlxalq miqyasda tanınmış brendlərlə işləyən İspaniyanın qlobal konsaltinq şirkəti “Saffron”a həvalə edib. "Bakcell" inqilabi yeni innovativ yanaşmanı bütün dəyər zənciri boyunca təqdim etdi. "Bakcell" əsas təchizatçısı Azerconnect ilə əməkdaşlıq edir və onlar birlikdə "Cisco", "Huawei", "Nokia", "Ericsson" və digərləri kimi qabaqcıl beynəlxalq təchizatçı və tərəfdaşlarla çalışırlar. Buraya həmçinin "Neqsol" ailəsi çərçivəsində "Vodafone Ukrayna" və onun tərəfdaşı "Vodafone qlobal" da daxildir.
Artıq bir sıra yeniliklərə start verilib. Növbəti günlərdə ChatBot və VoiceBot (Apple-ın Siri-yə bənzər məhsulu) kimi süni intellekt əsaslı danışıq assistentlərimiz müştərilərə təqdim ediləcək. Danışıq assistentlərimiz dərin öyrənmə sahəsində LLM və GPT kimi ən son nailiyyətlərlə təchiz edilmişdir.
"Bakcell" telefonların satışına başlayır və cihaz ilə birlikdə, yalnız "Bakcell" kimi bir telekommunikasiya şirkətinin təklif edə biləcəyi və olduqca əlverişli xidmət təkliflərini müştərilərə təqdim edir. Tezliklə "Bakcell" innovativ və hazırda Azərbaycanda mövcud olan istənilən sürətdən daha sürətli ev internet xidmətləri təqdim edəcək.
Hər zaman Azərbaycan xalqının yanında olan "Bakcell", yenicə elan etdiyi brend kimliyini bugündən başlayaraq bütün ölkə miqyasında, müştəriləri və abunəçiləri ilə qeyd etməyə hazırlaşır. Belə ki, ilk rebrendinq təqdimat tədbiri bu gün, 25 aprel tarixində Bakı Bulvarında baş tutacaq. Tədbirin detalları ilə bağlı məlumat Bakcell şirkətinin sosial media kanallarında paylaşılıb. Növbəti tədbirlər regionlarda davam edəcək.
Qeyd edək ki, "Bakcell" 3 milyondan çox abunəçini ölkənin ən sürətli mobil şəbəkəsi ilə təmin edir. Az əvvəl "Bakcell" korporativ müştərilərinə sabit kommunikasiya xidmətləri təklif etməyə başlayıb. Şirkət "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
UNEC-də dərslər onlayn formata keçirilib
Sabah Bakının bu qəsəbəsində qaz olmayacaq
Vüqar Rəhimzadə: ""Əsrin müqaviləsi” iqtisadi inkişafın təməl prinsiplərini müəyyən etdi"
Türkiyə MN: "S-400-lər bizimdir, iddialar əsassızdır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Oleq Bakinskiyə "yox" deyildi
Xalq artisti Sərdar Fərəcov evə buraxılıb
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
PREZİDENT ONU TƏLTİF ETDİ - FOTO
İngilislər Arda Gülər üçşün 150 milyon təklif edib? - İspaniya mediasından şok iddia
"Bunu qəbul edən həmin kütlə mənə lazım deyil"
Rektor generalın həyat yoldaşını yeni vəzifəyə təyin edib - FOTO
Beyləqanda ər arvadını bıçaqlayıb
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
Ukrayna ilə Böyük Britaniya ilə "100 illik tərəfdaşlıq” sazişi qüvvəyə mindi: "Bu, bizim ittifaq gücümüzü ikiqat artırır”
Türkiyə Liviya vətəndaşları üçün vizanı sadələşdirib
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
Əli Əsədov Qırğızıstan prezidenti ilə görüşdə iştirak edib
Qəzzada daha 79 nəfər ölüb - 288 nəfər isə yaralanıb
Zaur Axundov "Silk Vey Vest"dən nə qədər qazanır? - Hesabat
16 yaşlı Ceyhun Nəcəfova hökm oxundu - Sinif yoldaşını öldürüb!
Onlar bu komitə yanında İctimai Şura üzvü seçildilər - SİYAHI
Zakir Həsənov Çinə gedib
AFFA bəzi klubları və futbolçuları cəzalandırıb
Sabah yağış yağacaq - Proqnoz
Prezident İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Nələr müzakirə olunub?
Müəllim MÜTDA rəhbərini ələ saldı: "Cənab Eşqi Bağırov,odun peçinə uzbe qoşsaq, printer işləyər? - "Nazirimiz problemlərdən elə danışır, elə bil..."
Türkiyədə yeni nazirlik yaradılır
Türkiyəli aktyor xəstəxanadan çıxdı - FOTO
Əli Əsədov Qırğızıstana gedib
Milli Məclisdə dinləmə keçiriləcək
"Harda yazılıb ki, xanəndə botoks etdirə bilməz?" - "Qarayaxma kampaniyaları aparan və həmin yazıları yazdıran adamlar..."
“Əsrlərin sədasında xalça sehri” sərgisi açılıb
Rusiyada azərbaycanlı iş adamı kimin qəzəbinə tuş gəlib? - Nəsimi Məmmədov həbs etmək istəyirlər
Türkiyədə İŞİD-ə qarşı növbəti əməliyyat: 51 şübhəli tutulub
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - FOTO
ChatGPT-də yeni qadağalar olacaq