NAZİR OĞLUNUN XARİCDƏ ALDIĞI 4.2 MİLYONLUQ İKİ MƏNZİL: Məmmədyarov niyə susur? + FOTOLAR
26-05-2020 [17:27]
“Turan” İnformasiya Agentliyinin Vaşinqton müxbirinin Nyu-York Vergi Departamentinə istinadən əldə etdiyi məlumata görə, 2015-ci ilin yayında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun böyük oğlu Emin Məmmədyarov Manhettendə ümumilikdə 4,2 mln. ABŞ dollarından bir qədər çox nağd pul ödəməklə iki mənzil alıb.
Bu yaxınlarda Məmmədyarovlar ailəsinin sərvəti və Manhettendə mənzillərilə bağlı jurnalist Cavanşir Həsənlinin sosial şəbəkələrdə başlatdığı diskussiyalardan sonra TURAN-ın müxbiri nazirin 31 yaşlı oğlunun əmlakı barədə daha ətraflı məlumat əldə etmək üçün Nyu-York hakimiyyətinə müraciət edib. Rəsmi cavaba görə, iyun-iyul aylarında Emin Məmmədyarov Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda iki mənzil (PH2K və PH3K) alıb.
2004-cü ildə Tramp strukturları tərəfindən inşa edilmiş bina 21 mərtəbəlidir. Binada bütün rahatlıqlar, o cümlədən qapalı hovuz, fitnes mərkəzi, sauna və cakuzi, Qudzon çayına baxan damda xüsusi abadlaşdırılmış özəl terras var. Bu, Nyu-Yorkun mərkəzi parkına yaxındır.
Ötən il yerli sakinlərin qərarından sonra “Tramp-pleys” adı binanın fasadından çıxarılıb.
Gənc Məmmədyarovun Manhettendəki bu dəbdəbəli mənzillərə görə belə böyük məbləği necə ödədiyi məlum deyil. TURAN-ın müxbiri onunla əlaqə saxlamağa, telefonla və sosial şəbəkələrdə şərh almağa çalışsa da, cavab almayıb.
Məmmədyarovlar ailəsi Nyu-Yorkda yeni deyil, belə ki, hazırkı XİN rəhbəri 90-cı illərin əvvəllərində BMT-də Azərbaycan missiyasında, daha sonra isə Azərbaycanın Vaşinqtondakı səfirliyində çalışıb.
Son illərdə Azərbaycan XİN korrupsiya qalmaqallarına görə tənqid olunub, nazirin özü isə yerli KİV tərəfindən səriştəsizlikdə ittiham olunub.
ABŞ daşınmaz əmlak bazarı xarici kleptokratlar tərəfindən çirkli pulların yuyulması üçün sevimli yerdir.
Faktiki olaraq, oğurlanmış sərvətlərin böyük hissəsi beynəlxalq kölgə bank sistemindən keçir və ABŞ bazarına daxil olur ki, bu da Qərb demokratiyası və iqtisadiyyatı üçün nəticələrə səbəb olur.





“Nar”ın “Çoox Şanslı” lotereyasında 9-cu avtomobil uduldu
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
45 hakim and içib
Ağdərəyə növbəti köç olub
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib