Azərbaycan qaz hasilatını artırıb

img

21-05-2020 [11:28]


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ötən ilin müvafiq dövrünə nisbətən 15%, yəni 1,8 mlrd. kubmetr artımla 13,4 mlrd. kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, qaz hasilatının 4,6 mlrd. kubmetri ("Azəri-Çiraq-Günəşli" neft-qaz yataqlar blokundan), 6,4 mlrd. kubmetri isə "Şahdəniz" qaz-kondensat yatağından əldə edilib.

Məlumata əsasən, SOCAR üzrə bu dövrdə 2,4 mlrd. kubmetr qaz hasil olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA