Polis Əmircanda əməliyat keçirdi, saxlanılan var
KRİMİNAL
19.05.2020, 17:42
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.
DİN-dən Mia.az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxtın Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayan Elvin Zeynalov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 390 qram narkotik vasitə heroin və 215 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları Elvin Zeynalovun Əmircan qəsəbəsində yaşadığı evə də baxış keçiriblər. Ordan isə idman çantasının içərisindən əlavə 4 kiloqram 650 qram heroin, 2 kiloqram 100 qram marixuana, 2 kiloqram 60 qram metamfetamin, 995 qram həşiş, 498 ədəd ümumi çəkisi 19,92 qram metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Beləliklə bu əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Araşdırma zamanı müəyyən olunub ki, Elvin Zeynalov hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Cəlilabad rayonu ərazisində qəbul edib. Daha sonra Elvin Zeynalov narkotik vasitələri paytaxta gətirərək yaşadığı evdə gizlədib. Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşının deyəcəyi adamlara satandan sonra pulun bir hissəsini geri göndərməli imiş.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Elvin Zeynalov tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
58 ölkə və 9 beynəlxalq təşkilatın 150 nəfərdən ibarət heyəti Qarabağ bölgəsində... - Hikmət Hacıyevin müşayiəti ilə + FOTOLAR (Yenilənib)
Bugün, 11:18 GÜNDƏM
-
İran XİN başçısından generalın etirafına reaksiya: "Amerika xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir"
Bugün, 11:09 GÜNDƏM
-
HƏMAS-ın vəzifəli şəxsi bu şəkildə öldürüldü - FOTO
Bugün, 11:00 DÜNYA
-
Ağdərədə mina partladı: 21 yaşlı şəxs yaralanıb - Birgə məlumat yayıldı
Bugün, 10:51 GÜNDƏM
-
Məşhur hücumçu türk məşqçidən küsüb: "Onun olduğu yerdə mən yoxam!"
Bugün, 10:21 İDMAN
-
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək
Bugün, 10:08 GÜNDƏM
-
Trampa belə sual verildi: "İranla müharibəyə girməyinizə peşmansınızmı?"
Bugün, 10:08 DÜNYA
-
Hikmət Hacıyev: "Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır"
Bugün, 09:59 SİYASƏT
-
İSTANBULDA NARKOBARON BELƏ SAXLANILDI - FOTOLAR
Bugün, 09:36 KRİMİNAL
-
Quba–Xınalıq yolu çəkdü - İTV süjet hazırladı + VİDEO
Bugün, 09:27 CƏMİYYƏT
-
Azərbaycan nefti daha 6 dollardan çox qalxdı - Qara qızılın qiyməti 120 dollara çatır
Bugün, 09:20 İQTİSADİYYAT
-
DÜNYA YENİ BÖHRANA SÜRÜKLƏNİR, VƏLİƏHD TRAMPA ARD-ARDA İKİ ZƏNG ETDİ: "Bizi onlardan qoruyun" - Dünya ticarətində tarazlıq çökür
Bugün, 09:02 GÜNDƏM
-
“Məkkə İttifaqı” ciddi sınaq qarşısında: İsrail Dəməşqin 35 km-də, Husilər isə... - TƏHLİL
Bugün, 08:57 SİYASƏT
-
Çempionlar Liqası: ingilislər "Sabah"ı "sökdü" (YENİLƏNİB)
Bugün, 00:50 İDMAN
-
Rusiya Ukraynanı bombalayır - Kiyev alova bürünüb, bir qəsəbədə isə...
Bugün, 00:47 GÜNDƏM
-
27 yaşlı bloger öldü - Plastik əməliyyatdan sonra
Bugün, 00:40 PRESS
-
Hakim partiyadan Mənsur Yavaşın Ərdoğanla görüşü barədə - Açıqlama
Bugün, 00:07 SİYASƏT
-
Əziz Yıldırımdan baş məşqçinin istefa bəyanatına reaksiya: "Başına butulka atdlar, ondan yana..."
Bugün, 00:06 İDMAN
-
Əlcəzairlə BƏƏ arasında gərginlik pik həddə - Bu gecədən hava məkanı da bağlanır
Bugün, 00:05 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
"Fənərbağça"nın Baş məşqçisi istefa verdi: "Bir daha heç vaxt geri qayıtmayacağam"
10.09.2026, 22:56 İDMAN
-
Çempionlar Liqası: "Fənərbağça" "Roma"dan xal aldı
10.09.2026, 22:39 İDMAN
-
Türkiyədən qaçmaq istəyən FETÖ şübhəliləri dənizdə saxlanılıb
10.09.2026, 22:01 KRİMİNAL
-
ÇL: "Mançester Yunayted" -"Sabah" komandalarının start heyətləri açıqlanıb
10.09.2026, 21:59 İDMAN
-
İranda dövlətə məxsus konfrans zalları da bağlanacaq - Pezeşkian qənaət rejimi barədə anons verdi
10.09.2026, 18:57 DÜNYA
-
Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub
10.09.2026, 18:12 GÜNDƏM
-
Jurnalistə qarşı məhkəmədə elə ifadələr verildi ki...
10.09.2026, 18:01 PRESS
-
Qardaşından Şeyxin şəxsi təyyarəsi barədə iddialara - Reaksiya
10.09.2026, 17:51 SİYASƏT
-
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Müğənni Niyamidən açıqlama + VİDEO
10.09.2026, 17:44 MƏDƏNİYYƏT
-
Arda Gülər "Real Madrid"lə müqaviləsini uzadır
10.09.2026, 17:37 İDMAN
-
Xumar Qədimovanın səmimi görüntüləri diqqət çəkdi - VİDEO
10.09.2026, 17:26 ŞOU-BİZNES
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - VİDEO
10.09.2026, 17:20 ŞOU-BİZNES
-
Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası - SİYAHI
10.09.2026, 17:17 SİYASƏT
-
İnsan öləndən sonra saç və dırnaqlar uzanır?
10.09.2026, 17:07 DÜNYA