Rusiya Ukraynanı bombalayır - Kiyev alova bürünüb, bir qəsəbədə isə...

Rusiya Ukraynanı bombalayır - Kiyev alova bürünüb, bir qəsəbədə isə... 

GÜNDƏM

Bugün, 00:47

Az əvvəl Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev başda olmaqla bir çox bölgələrə aır zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, şiddətli zərbələr nəticəsində paytaxtın bir çox bölgələrini alov bürüyüb.

Məlumatda deyilir ki, Rusiya ordusu Kiyevdə bir çox yeri hava hücumları ilə bombalayır: "Raket və kamikaze dronları ilə yaşayış yerləri, ictimai binalar və infrastruktur obyektlərinə zərbələr endirilib. Böyük dağıntı var. İlkin məlumata görə, paytaxtda sayda ölü və yaralı var. Alovlanan bölgələrə axtarış-xilasetmə və yanğınsöndürmə qüvvələri göndərilib".

Yeri gəlmişkən, Rusiya Kiyevdən az əvvəl Ukraynanın Dnepropetrovsk vilayətində Pavloqrad qəsəbəsinə ağır zərbə endirib. Bu hücum zamanı azı dörd nəfər həlak olub, 62 nəfər yaralanıb.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR