DÜNYA YENİ BÖHRANA SÜRÜKLƏNİR, VƏLİƏHD TRAMPA ARD-ARDA İKİ ZƏNG ETDİ: "Bizi onlardan qoruyun" - Dünya ticarətində tarazlıq çökür
GÜNDƏM
Bugün, 09:02
İranın dəstəklədiyi Husilərin ötən gün Yəmənin rəsmi hökumətinin müdafiə nazirinii ələə keçirməsi və daha sonra sürətlə ölkənin strateji bölgələrinə doğru irəliləməsi, üstəlik, strateji Bab əl-Məndəb boğazınən ətrafındakı şəhərə girməsi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı qorxuya salıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Yəməndəki hökumət qüvvələrini dəstəkləyən və buna görə husilərin qəzəbinə gələn Ərəbistan vəliəhdi ötən gecə ABŞ prezidenti Donald Trampa iki dəfə zəng vurub, ondan təcili şəkildə Husilərə vurmalarını israrla xahiş edib.
Məlumatda deyilir ki, Tramp bu xahişi rədd etsə də, Vaşinqtonun Ər-Riyada kəşfiyyat və konkret nöqtələrin vuruilması məqsədiylə dəstəyi verəcəyi bdeyib.
Məşhur "Axios" yazır ki, vəliəhd şahzadəsi Məhəmməd bin Salman cümə axşamı ABŞ prezidenti Donald Trampa iki dəfə etdiyi zəngdə İran tərəfindən dəstəklənən Husi üsyançılarının Yəmənin Qırmızı dəniz sahili boyunca irəliləməsinin dünyada və bölgədə böyük təsr yaradacağını israrla ona anlatmağa çalışıb və "Husiləri təcili vurun" deyə az qala yalvarıb. Lakin Tramp "bu, sizin bölgənin və sizin probleminizdir. Öz imkanlarınızla vuruşun", - deyərək növbəti cəbhə açmaq istəmədiyini təkrarlayıb: "Bu tələb iyul ayında Ər-Riyadın mövqeyindən əhəmiyyətli bir dəyişiklikdir. O vaxt Səudiyyə hökuməti Vaşinqtona öz resursları ilə husi təhdidi ilə mübarizə apara biləcəyi barədə siqnal vermişdi. Lakin fakt budur ki, bunu bacara bilmirlər. Əksinə, husilər Yəməni bütövlükdə ələ keçirmək üzrədir..."
Tramp administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib ki, ABŞ-ın prioriteti Qırmızı dənizdə naviqasiya azadlığını təmin etməkdir: "Ancaq Vaşinqton hesab edir ki, müttəfiq ərəb ölkələri regional təhlükəsizlik məsələlərinin həllində daha çox məsuliyyət daşımalı və özləri öndə olmalı, öz resurslarından yararlanmalıdər. Bununla belə, Vaşinqton öz əraziləri də təhdid altnda olan Səudiyyə Ərəbistanına birbaşa deyil, kənardan - kəşfiyyat və sair məsələlərlə bağlı hərbi dəstək verməyə davam edəcək".
Məlumatda deyilir ki, Bin Salman husilərin Qırmızı dəniz sahilindəki strateji Moça şəhərinə nəzarəti ələ keçirməsindən sonra çox qorxuya düşüb. O, bu şəhərin dünyanın ən vacib dəniz tranzit məntəqələrindən biri olan Bab əl-Məndəb boğazına yaxınlığı səbəbindən olduqca vacib olduğunu rampa anlatmağa cəhd etsə də, faydasız qalıb.
"Associated Press" isə yazır ki, husilərin Moçanı ələ keçirməsi qrupun 2022-ci il atəşkəsindən bəri ən əhəmiyyətli quru nailiyyətlərindən biridir: "Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən kritik tranzit nöqtəsidir və qlobal ticarət üçün vacibdir. Husilərin bölgəyə irəliləməsi təkcə Yəməndəki hərbi tarazlıq üçün deyil, həm də beynəlxalq ticarət və enerji daşınmaları üçün risk yaradır. Çünki qlobal ticarətin təxminən 12 faizi Bab əl-Məndəbdən keçir. Səudiyyə Ərəbistanı üçün də boğazın əhəmiyyəti son zamanlar da artıb. İranın Hörmüz boğazına qoyduğu məhdudiyyətlərdən sonra Bab əl-Məndəb, Səudiyyə neftinin Qırmızı dənizdən daşınması üçün vacib bir yola çevrilib. 2024-cü ildə boğazdan gündə orta hesabla təxminən 4,1 milyon barel xam neft və neft məhsulları keçib".
Məlumat üçün qeyd edək ki, Yəməndəki son hadisələr enerji bazarlarına da təsir edib. Husilərin strateji sahil ərazilərində irəliləməsi və Bab əl-Məndəblə bağlı artan narahatlıqlar neft qiymətlərinə təzyiqi artırıb.
Onu da xatırladaq ki, Yəməndəki hökumət qüvvələri ilə Husilər arasında münaqişələr iyul ayından bəri yenidən güclənib. Husilər 2014-cü ildən bəri paytaxt Səna da daxil olmaqla ölkənin şimal və qərbində geniş ərazilərə nəzarət etsələr də, beynəlxalq səviyyədə tanınmış hökumət və müttəfiqləri əsasən cənub və şərqdəki ərazilərə nəzarət edirlər.
F.ƏHMƏD
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək
Bugün, 10:08 GÜNDƏM
-
Trampa belə sual verildi: "İranla müharibəyə girməyinizə peşmansınızmı?"
Bugün, 10:08 DÜNYA
-
Hikmət Hacıyev: "Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır"
Bugün, 09:59 SİYASƏT
-
İSTANBULDA NARKOBARON BELƏ SAXLANILDI - FOTOLAR
Bugün, 09:36 KRİMİNAL
-
Quba–Xınalıq yolu çəkdü - İTV süjet hazırladı + VİDEO
Bugün, 09:27 CƏMİYYƏT
-
Azərbaycan nefti daha 6 dollardan çox qalxdı - Qara qızılın qiyməti 120 dollara çatır
Bugün, 09:20 İQTİSADİYYAT
-
DÜNYA YENİ BÖHRANA SÜRÜKLƏNİR, VƏLİƏHD TRAMPA ARD-ARDA İKİ ZƏNG ETDİ: "Bizi onlardan qoruyun" - Dünya ticarətində tarazlıq çökür
Bugün, 09:02 GÜNDƏM
-
“Məkkə İttifaqı” ciddi sınaq qarşısında: İsrail Dəməşqin 35 km-də, Husilər isə... - TƏHLİL
Bugün, 08:57 SİYASƏT
-
58 ölkə və 9 beynəlxalq təşkilatın 150 nəfərdən ibarət heyəti Qarabağ bölgəsinə yollanıb - Hikmət Hacıyevin müşayiəti ilə
Bugün, 08:54 GÜNDƏM
-
Çempionlar Liqası: ingilislər "Sabah"ı "sökdü" (YENİLƏNİB)
Bugün, 00:50 İDMAN
-
Rusiya Ukraynanı bombalayır - Kiyev alova bürünüb, bir qəsəbədə isə...
Bugün, 00:47 GÜNDƏM
-
27 yaşlı bloger öldü - Plastik əməliyyatdan sonra
Bugün, 00:40 PRESS
-
Hakim partiyadan Mənsur Yavaşın Ərdoğanla görüşü barədə - Açıqlama
Bugün, 00:07 SİYASƏT
-
Əziz Yıldırımdan baş məşqçinin istefa bəyanatına reaksiya: "Başına butulka atdlar, ondan yana..."
Bugün, 00:06 İDMAN
-
Əlcəzairlə BƏƏ arasında gərginlik pik həddə - Bu gecədən hava məkanı da bağlanır
Bugün, 00:05 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
"Fənərbağça"nın Baş məşqçisi istefa verdi: "Bir daha heç vaxt geri qayıtmayacağam"
10.09.2026, 22:56 İDMAN
-
Çempionlar Liqası: "Fənərbağça" "Roma"dan xal aldı
10.09.2026, 22:39 İDMAN
-
Türkiyədən qaçmaq istəyən FETÖ şübhəliləri dənizdə saxlanılıb
10.09.2026, 22:01 KRİMİNAL
-
ÇL: "Mançester Yunayted" -"Sabah" komandalarının start heyətləri açıqlanıb
10.09.2026, 21:59 İDMAN
-
İranda dövlətə məxsus konfrans zalları da bağlanacaq - Pezeşkian qənaət rejimi barədə anons verdi
10.09.2026, 18:57 DÜNYA
-
Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub
10.09.2026, 18:12 GÜNDƏM
-
Jurnalistə qarşı məhkəmədə elə ifadələr verildi ki...
10.09.2026, 18:01 PRESS
-
Qardaşından Şeyxin şəxsi təyyarəsi barədə iddialara - Reaksiya
10.09.2026, 17:51 SİYASƏT
-
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Müğənni Niyamidən açıqlama + VİDEO
10.09.2026, 17:44 MƏDƏNİYYƏT
-
Arda Gülər "Real Madrid"lə müqaviləsini uzadır
10.09.2026, 17:37 İDMAN
-
Xumar Qədimovanın səmimi görüntüləri diqqət çəkdi - VİDEO
10.09.2026, 17:26 ŞOU-BİZNES
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - VİDEO
10.09.2026, 17:20 ŞOU-BİZNES
-
Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası - SİYAHI
10.09.2026, 17:17 SİYASƏT
-
İnsan öləndən sonra saç və dırnaqlar uzanır?
10.09.2026, 17:07 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
10.09.2026, 17:00 İQTİSADİYYAT
-
İstanbulda kirayəçi qətliam törətdi: ev sahibləri öldürüldü, vəkil ağır yaralandı
10.09.2026, 16:59 KRİMİNAL
-
Ceyhun Bayramov Avropa İttifaqının rəsmi ilə görüşüb - Nələr müzakirə olunub?
10.09.2026, 16:49 SİYASƏT
-
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
10.09.2026, 16:28 GÜNDƏM