BMT-nin Baş katibi: "COVID-19 bizim üçün oyanış zəngi olmalıdır"
18-05-2020 [16:54]
“Yeni növ koronavirus (COVID-19) infeksiyası bizim üçün oyanış zəngi olmalıdır”.
Bunu BMT-nin baş katibi Antonio Quterreş Ümumdünya Səhiyyə Assambleyasının virtual formatda keçirilən 73-cü sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, COVID-19-la bağlı mübarizə beynəlxalq həmrəylik və birlik tələb edir: “Həmrəylik barədə çox ifadələr eşidirik, lakin COVID-19-a qarşı cavab tədbirləri zamanı yetərincə birlik görmürük. Ölkələr COVID-19-a qarşı müxtəlif strategiyalar gerçəkləşdiriblər. Bəzən bu strategiyalar ziddiyyətli olub. İndi biz hamımız bunun əvəzini ödəyirik. Çox ölkələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə məhəl qoymayıb və nəticə etibarilə virus dünyanın hər yerinə yayılıb”.
BMT baş katibinin sözlərinə görə, inkişaf etmiş ölkələrlə müqayisədə inkişaf etməkdə olan ölkələrdə xəstəliyin nəticələri daha ağırdır və dünyada koronavirusun yayılması artıb: “Pandemiyanın ilk günündən bəri BMT əsas məqamları vurğulayıb. İlk olaraq daha həssas, inkişaf etməkdə olan ölkələrə, onların səhiyyə sisteminin inkişafına dəstək vermək lazımdır. Biz humanitar addımların atılmasını qeyd etdik. Ruh sağlığına dəstək verilməli, bu istiqamətdə investisiyalar qoyulmalıdır. Bu, böhranın dağıdıcı psixoloji təsiri ilə mübarizə etmək üçün vacibdir. Biz böhranın sosial-iqtisadi nəticələri ilə də bağlı addımlar atmalıyıq. Eyni zamanda biz sağlamlıq və iqtisadiyyat arasında seçim etməməliyik. Əgər virusun yayılmasına nəzarət edə bilməsək, iqtisadiyyatları heç vaxt bərpa edə bilməyəcəyik”.
A. Quterreş qeyd edib ki, qadınlara, uşaqlara, az gəlirli insanlara və digərlərinə də xüsusi diqqət ayrılmalıdır: “Mən beynəlxalq maliyyə institutlarını inkişaf etməkdə olan ölkələrə dəstək verməyə çağırıram. Post-pandemiya dövründə bərabər, ədalətli iqtisadiyyat və daha dözümlü və dayanıqlı cəmiyyətlər üçün çalışmalıyıq. ÜST-ün rolu COVID-19-la mübarizədə əvəz olunmazdır və təşkilatın xüsusilə inkişaf etməkdə olan ölkələrə dəstəyi təqdirə layiqdir”/APA.
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub