"Tottenhem"in futbolçusu hərbi xidməti başa vurdu

img

08-05-2020 [12:47]


İngiltərənin "Tottenhem" klubunun cənubi koreyalı futbolçusu Son Xın Min hərbi xidməti başa vurub."

"Sky Sports"in məlumatına görə, 28 yaşlı hücumçu 3 həftəlik əsgərlik dövrünü uğurla bitirib.

Aprelin 20-dən hərbi hazırlıqlarda iştirak edən asiyalı forvard 157 nəfərlik şəxsi heyət arasında ən yaxşılardan biri olub. S.X.Min güllə atışında isə maksimum nəticə göstərib.

Kursu müvəffəqiyyətlə bitirən futbolçuya diplom təqdim olunub. Təcrübəli oyunçu ordu vəzifələrini tam şəkildə yerinə yetirmək üçün 2023-cü ilə qədər bir sıra ictimai işləri tamamlamalıdır.

Qeyd edək ki, Son Xın Min 2015-ci ildən "Tottenhem"in formasını geyinir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA