Şahzadə koronavirusa yoluxdu - Kral özünü adada təcrid etdi

Şahzadə koronavirusa yoluxdu - Kral özünü adada təcrid etdi

DÜNYA

09.04.2020, 10:49

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın valisi 77 yaşlı şahzadə Bəndər bin-Əbdüləziz də daxil olmaqla kral ailəsinin 150 üzvü koronavirusa yoluxub.

Məlumatı “CNNTurk” yayıb.

Bildirilib ki, kral ailəsinə daxil olan minlərlə şahzadə Avropaya səyahət edir. Onların virusa Avropada yoluxacaqları ehtimal olunur. 

84 yaşlı kral Salman bin-Əbdüləzizin Qırmızı dəniz sahillərində yerləşən Ciddə şəhərinə yaxın bir adadakı sarayda öznütəcrid etdiyi bildirilib.

Şahzadə vəliəhd Məhəmməd bin-Salmanın isə bir neçə nazirlə birlikdə sarayda olduqlarına dair xəbər yayılıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında 2 795 yoluxma, 41 ölüm faktı qeydə alınıb/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR