Dünyada koronavirusa yoluxanların sayı 1,35 milyon nəfərə çatıb - 80 minə yaxın insan isə ölüb

img

08-04-2020 [23:48]


Dünyada koronavirusa yoluxanların sayı 1,35 milyon nəfərə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumatda bildirilir ki, dünyada 79,2 min insan pandemiyanın qurbanı olub. 

"Hazırda dünyada koronavirusa yoluxanların sayı 1 353 361 nəfərdir. İndiyə kimi 79 235 nəfər pandemiyanın qurbanı olub", - deyə xəbərdə qeyd edilir.

Təşkilatın məlumatına görə, son sutka ərzində dünyada daha 73 639 nəfər koronavirusa yoluxub, 6 695 nəfər COVID-19 infeksiyasından ölüb.

Hazırda dünyada koronavirusa ən çox yoluxma Avropa regionunun payına düşür. Köhnə qitədə 720 219 nəfər koronavirusa yoluxub/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR