"Azərbaycan mətbuatı yaltaqlardan, canavar xislətli yırtıcılardan xilas olmalıdır" - Baş redaktor KİVDF-nin Müşahidə Şurasını istefaya çağırdı
08-04-2020 [12:27]
Bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru dəyişdirildi. Belə ki, Əhməd Məhəmməd oğlu İsmayılov quruma yeni icraçı direktor təyin edildi. Böyük ehtimal ki, tezliklə qurumun Müşahidə Şurası da dəyişəcək.
Maraqlıdır, bəs yeni Müşahidə Şurasında necə insanlar təmsil olunmalıdır, köhnələri əvəzləyənlər hansı keyfiyyətdə olmalıdır?
Mia.az xəbər verir ki, Modern.az saytına açıqlama verən “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə KİVDF-nin Müşahidə Şurasının tam tərkibdə istefaya getməli olduğunu deyir:
“Vüqar Səfərlinin istefaya göndərilməsi mətbuatda islahatların anonsu sayıla bilər. Vəzifədə işləyəndə Vüqar Səfərlini ən çox tənqid edən adam mən olmuşam. Çünki onun mətbuata heç bir aidiyyatı yox idi. Bu adam uzun illər öz havadarları ilə birlikdə Azərbaycan mətbuatının onurğa sütununu zədələdi. Vüqar Səfərli artıq keçmişdir, biz gələcəyə baxmalıyıq. Mətbuatı Vüqar Səfərlinin və havadarlarının sürüklədiyi bataqlıqdan çıxarmaq üçün bu sektorda köklü dəyişikliklərə ehtiyac var. Azərbaycan mətbuatı yaltaqlardan və qorxaqlardan xilas olmalıdır. Mətbuatın səfasını onun cəfasını çəkən adamlar görməlidir.
KİVDF-nin Müşahidə Şurası tam tərkibdə istefaya getməlidir. Bu qurum peşəkar jurnalistlərin iştirakı ilə formalaşmalıdır. Reklam bazarını dirçəltmək, mediaya müstəqillik vermək lazımdır. Mətbuat hər hansı məmurun əlində təzyiq vasitəsi ola bilməz. Yalnız peşəkar, gözü-könlü tox, mətbuatın inkişafında maraqlı olan insanlardan formalaşan Müşahidə Şurası bu sektorda müsbət dəyişikliklərə nail ola bilər.
Mətbuatın inkişafı üçün KİV Fonduna ayrılan vəsaitin canavar xislətli yırtıcılar tərəfindən talan edilməsinə imkan vermək olmaz”.
MİA.AZ
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerilə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)