Məşhur sənətçi koronavirusa yoluxdu:  “Buna qalib gələ bilərik..."

img

06-04-2020 [12:53]


Dünyaca məşhur gitaraçı, “Duran Duran” qrupunun üzvü Con Teylor koronavirusa yoluxduğunu, hətta ona qalib gəldiyini etiraf edib.

 NTV xəbər verir ki, 59 yaşlı musiqiçi bunu “Facebook” səhifəsində açıqlayıb.

“Üç həftə öncə keçdiyim koronavirus testinin nəticəsi pozitiv çıxmışdı. 59 yaşında sağlam və şanslı biriyəm ki, bu prosesin öhdəsindən gələ bildim”, - britaniyalı sənətçi açıqlayıb.

Yenidən səhnəyə çıxmağı səbirsizliklə gözlədiyini ifadə edən C.Teylor izləyicilərini virusla mübarizəyə də çağırıb: “Buna qalib gələ bilərik, gələcəyik də”/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA