Koronavirus xəstəsi: "Sanki çətin imtahana hazırlaşdığınızı hesab edin"
03-04-2020 [17:05]
“Əgər koronavirusa yoluxmusunuzsa, həyəcanlanmayın və qorxmayın”.
Bunu “Report”un xüsusi müxbirinə açıqlamasında ABŞ-ın Nyu-York şəhərində yaşayan və koronavirusa yoluxmuş Fatih Yılmaz deyib.
Hazırda ərzaq məhsullarının topdansatış mərkəzində işləyən 30 yaşlı türk infeksiyanın daşıyıcısına necə çevrildiyini bilmir: “Bu günlərdə övladım dünyaya gəldi və mən də üç gün xəstəxanada həyat yoldaşımın yanında qaldım. Bəlkə də orada koronavirusa yoluxdum. Özümü çox halsız hiss edirdim və hərarətim vardı. Ona görə də təcili tibbi yardıma zəng etdim. Məndən analiz götüldü və testin nəticəsi pozitiv çıxdı. Ancaq yoluxma yeni baş verdiyindən xəsətxanaya aparmadılar. Evdə müalicə almağı məsləhət gördülər. Əvvəlcə qrip əleyhinə bir neçə dərman qəbul etdim və temperaturum düşdü. Ümumiyyətlə, koronavirusa yoluxduğumu bildikdən sonra özümü tamamilə təcrid etdim və evə qapatdım. Artıq 12 gün keçib və səhhətimdə azca irəliləyiş müşahidə olunur”.
F.Yılmaz koronavirusa yoluxduğunu düşünən insanlara ilk öncə sakitləşməyi məsləhət görür: “Sanki çətin imtahana hazırlaşdığınızı hesab edin. Çox çətin dövrdən keçirik. Hər birimiz bu infeksiya ilə mübarizəyə hazır olmayıq. Sizə məsləhət görürəm ki, qəti həyəcan keçirməyin. Əgər koronavirusa yoluxmağınızdan şübhələnirsinizsə, ilk öncə soyuqqanlı olmalısınız. Mən bir neçə simptomlarına görə koronavurusa yoluxduğumu anladım. Belə ki, nəfəs almağım çətinləşmişdi və bədənimin hərarəti yüksək idi. Hətta hərarətim gün rəzində bir neçə dəfə qalxıb düşürdü. Ən əsası da halsızlıq və əzələ ağrıları var idi. Sanki bütün bədənim ağrıyırdı. Həkimlər sağalmaq üçün mənə yaxşı qidalanmağı məsləhət gördülər. Mən də məsləhətə qulaq asdım, limon, sarımsaq və zəncəfili ilıq suya qatıb gündə bir neçə dəfə içməyə başladım. Hazırda bu prosesi hələ də davam etdirirəm. Xüsusilə də bol-bol su, çay, alma sirkəsi və C vitamini qəbul edirəm. Həyat yoldaşım belə hazırladığı yeməkləri qidalanmağım üçün qapının qarşısına qoyur. Artıq ağrılarım bir qədər azalıb”.
O, Nyu-Yorkda tanıdığı bir çox insanın koronavirusa yoluxduğunu söyləyib: “Həyat yoldaşımın atası da infeksiyaya yoluxub və xəsətxanadadır. Vəziyyətinin yaxşı olduğunu desə də, ancaq səsi telefonda çox yaxşı gəlmir. Nəfəs almaqda çətinlik çəkir, yaşlı insandır. İnşallah, tezliklə sağalacağına ümid edirik”.
F.Yıllar bir neçə il öncə Bakıda işlədiyini deyərək Azərbaycandakı dostlarına və həmvətənlərimizə müraciət edib: “Sizləri koronavirusun nə qədər ciddi olduğuna inanmağa çağırıram. Gördüyünüz kimi, yaşlı deyiləm. Ancaq günlərdir bu xəstəliklə mübarizə aparıram. Sanki yenidən doğuluram. Əgər yaxşı qidalanmasam, ölə də bilərəm. Çünki Nyu-Yorkda çox gənc insan koranvirusdan öldü. Əgər yaşamaq istəyirsinizsə, evdən bayıra çıxmayın. Evdə qalın. İnanın kı, bu qrip deyil, ağır xəstəlikdir. Heç nəyə güvənməyin. Bu xəstəlik sizi tez bir zamanda öldürə bilər. Ailənizi və sizi sevənləri düşünün".
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb