"Ulduz müharibələri" filminin "Mayor"u koronavirusdan ölüb

img

31-03-2020 [22:54]


Səhnə nitqinin danışığı üzrə britaniyalı müəllim, "Ulduz müharibələri" filmində mayor Kaluan Emmata rolunu oynamış aktyor Endrü Cek 76 yaşında koronavirusdan ölüb.

Bu barədə aktyorun nümayəndəsi Djill Makkalouya istinadən “Evening Standard” nəşri bildirib.

"O, bu səhər Çertsidə Müqəddəs Pyotr xəstəxanasında COVID-19-dan öldü", - Makkalou qəzetə açıqlamasında deyib. 

Makkalou həmçinin əlavə edib ki, Endrü Cekin xanımı Qabriel Rojers hazırda Avstraliyada karantindədir. O, əri ilə vidalaşa bilməyib.

Endrü Cek "Ulduz müharibələri" filmində mayor Kaluan Emmata rolunu oynayıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA