Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxdu, ölən var - 23 nəfərin vəziyyəti ağırdır
28-03-2020 [19:26]
Azərbaycan Respublikasında 10-dan çox insanda yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib:
"1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin angioplastika (stendin taxılması) əməliyyatı keçirdiyi göstərilmişdir. Pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışdır.
Xəstənin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmişdir. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.
Qeyd edək ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən artıq test aparılmışdır.
Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır.
Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunmuşdur.
Bundan başqa, martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi, bu məqsədlə xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkətinin tam dayandırılması, bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, Bakı metrosunun iş vaxtının, bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılması qərara alınmışdır".
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub