İspaniyada son 1 gündə daha 832 nəfər koronavirusdan öldü - Yoluxanların sayı isə 8189 nəfər artdı

img

28-03-2020 [16:09]


İspaniyada son 1 gündə daha 832 nəfər koronavirusun qurbanı olub.

“Sky News” xəbər verir ki, ölkədə virusdan ölənlərin sayı 5 690 nəfərə çatıb.

Məlumata görə, krallıqda son 24 saatda virus daşıyıcılarının sayı daha 8 189 nəfər artaraq 72 248 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 614 158-ə çatıb. Bunların 137 271 nəfəri sağalıb, 28 239 nəfəri isə ölüb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR