Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hüquqi statusu necə olacaq? - Əli Əsədovda yeni qurumla bağlı qərar

img

26-03-2020 [21:14]


Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hüquqi statusu müəyyənləşib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Təhsildə Keyfiyyət Təminatı Agentliyi Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum olacaq.

Agentlik siyahıda Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatların sırasına daxil edilib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli fərmanına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA