Keçmiş mətbuat katibinə SOCAR-da vəzifə verildi

img

15-03-2020 [11:55]


Tanınmış jurnalist Elşad Miraləm yeni vəzifəyə təyin edilib. 

Məlumata görə, E.Miraləm SOCAR-ın Təhlükəsizlik İdarəsi rəisinin media ilə əlaqələr üzrə müşaviri vəzifəsinə təyinat alıb.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-a təyinatı təsdiqləyib.

Qeyd edək ki, E.Miraləm bu təyinatadək CBC telekanalının Azərbaycan redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. Daha əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin informasiya şöbəsinin rəhbəri olub.

Miraləm 14 il Diasporla İş üzrə Dövlət Komitəsində çalışıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA