Avstaliyanın daxili işlər naziri koronavirusa yoluxdu

img

13-03-2020 [12:57]


Avstraliyanın daxili işlər naziri Piter Dattona koronavirus diaqnozu qoyulub.

Bunu nazir özü açıqlayıb.

O, səhər yüksək hərarət və boğaz ağrısı ilə oyanıb. Müayinə nəticəsində nazirin koronavirusa yoluxduğu aşkarlanıb.

Qeyd edək ki, Avstraliyada koronavirus daşıyıcılarının sayı 160 nəfərdir. 3 nəfər virusdan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 127 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134 829-a çatıb. Bunların 70 395 nəfəri sağalıb, 4 984 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR