Azərbaycanlı və gürcü gənclər arasında kütləvi dava: xəsarət alanlar var

img

12-03-2020 [11:35]


Gürcüstanın Qardabani rayonunda yerli azərbaycanlı və gürcü gənclər arasında kütləvi dava olub

Hadisə martın 10-da axşam saatlarında Satiçala Muğanlısı kəndində baş verib.

Gənclər arasında yaranan qarşıdurmaya xırda mübahisə səbəb olub. Dava zamanı bir neçə azərbaycanlı gəncə daşla yüngül xəsarətlər yetirilib, bir gürcü gənc isə bıçaqlanıb.

Bıçaqlanan şəxsin xəsarətləri ağır olmayıb və vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Polis insidentlə bağlı araşdırma aparır.

Kənd sakinləri bildiriblər ki, hadisənin axşamı tərəflər arasında artıq barışıq əldə olunub. Onlar gənclər arasında qarşıdurmanın milli zəmində olmadığını qeyd ediblər/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA