Məmurun intim görüntülərlə şantajetmə ittihamı... - Məhkəmə prosesi

img

11-03-2020 [12:05]


Hədə-qorxu yolu ilə pul tələb etməkdə və dələduzluqda təqsirli bilnən Elşən Cabbarov və Məmməd Cəfərovun barəsindəki hökmdən apelyasiya şikayətləri verilib.

“Report”un xəbərinə görə, iş Bakı Apellyaisya Məhkəməsinin hakimi Elmar Rəhimovun icraatındadır.

Qeyd edək ki, Elşən Cabbarov, Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirovanın cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə E.Cabbarov 11 il azadlıqdan məhrum edilib, digər şəxslərə isə sınaq müddəti seçilməklə şərti cəza verilib.

E.Cababrov hədə-qorxu ilə tələb etmə, külli miqdarda dələduzluq və bilə-bilə yalan xəbərçilik etməkdə, M.Cəfərov isə dələduzluq və bilə-bilə yalan xəbərçilik etməkdə təqsirli bilinib.

Apellyasiya şikayəti təqsirləndirilənlərin özü, müdafiəçiləri və zərərçəkmiş şəxslər tərəfindən verilib.

Xatırladaq ki, E.Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur. O, B.Ağabəyovun “hərəkətlərini” gizli kamera ilə lentə aldığı görüntüləri yayıb onu biabır etməmək müqabilində bir ilə yaxın müddətdə ondan hər ay 7 min manat pul almaqda ittiham edilib.

Eyni zamanda, E.Cabbarov ifşa etməmək müqabilində B.Ağabəyovla 60 min manat, B.Ağabəyovun göstərişi ilə sürücüsü Azər Hüseynovla isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib.

Həmçinin E.Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq törətməkdə şübhəli bilinib.

İstintaq sənədlərinə görə, E.Cabbarov bu cinayətlərini Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirova ilə birlikdə törədib.

Həmçinin onlar Nizami Həsənova, Qənbər Həsənova, Rəcəb Ağayevə, Röyal Həsənova qarşı da dələduzluq ediblər. E.Cabbarov Salyan rayonunda ən imkanlı ticarətçilərdən sayılıb.

İstintaq orqanı tərəfindən həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR