Qərargah: "Hazırda Azərbaycanda 500-ə qədər şəxs karantində saxlanılır"

img

05-03-2020 [12:36]


"Hazırda Azərbaycanda 500-ə qədər şəxs karantində saxlanılır".

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən lazımi yaxmalar götürülüb: "Onların heç birində koronavirus aşkar edilməyib. Karantində olan şəxslərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır".

V.Əliyev xatırladıb ki, koronavirus xəstəliyini insanlar yüngül keçirir: "Hətta ev şəraitində müalicəsi də mümkündür. Dünyada bu virusa yoluxanların təxminən 4-5 faizi ağır şəraitdə olaraq xəstəxana şəraitində keçirib".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR