“Bu şəhərdə”nin konsertlərinin tarixləri dəyişdirilib

img

03-03-2020 [20:16]


“Bu şəhərdə”nin mart ayının sonuna nəzərdə tutulan konsertlərinin tarixi dəyişdirilib.

Mia.az xəbər verir ki, bu barədə yaradıcı birliyin kollektivindən bildirilib.

Konsert proqramlarının koronavirus təhlükəsi ilə bağlı aparılan profilaktik işlərlə əlaqədar başqa vaxta keçirildiyi qeyd olunub. 

Konsertlər mayın 28, 29, 30 və 31-də keçiriləcək.

Alınan biletlərin etibarlı olduğu vurğulanıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR