TÜRK ORDUSU İDLİBDƏ BÖYÜK ƏMƏLİYYATA START VERDİ - Rəsmi Ankaradan Moskvaya mesaj

img

01-03-2020 [18:07]


Türkiyə Suriyanın İdlib vilayətində 27 fevral tarixindən “Bahar qalxanı” əməliyyatına start verib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulisi Akar açıqlama verib.

O, xüsusi vurğulayıb ki, əməliyyatın məqsədi Rusiya ilə qarşıdurma yaratmaq deyil: “Əsas məqsəd Suriya rejiminin qətliamına son qoymaq, rejim tərəfindən törədilən cinayətlərin və miqrasiya dalğasının qarşısını almaqdır”.

H. Akar həmçinin qeyd edib ki, əməliyyat çərçivəsində Əsəd rejiminə məxsus 1 PUA, 8 helikopter, 103 tank, 72 haubitsa, 3 hava hücumundan müdafiə sistemi məhv edilib və 2 212 hərbçi zərərsizləşdirilib. 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR