QANDALLANAN İCRA BAŞÇISI, yaxud PULYIĞAN MÜAVİNİ... - Ortaqlar uşaqların boğazına da şərik imişlər
26-02-2020 [10:38]
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini, deputatlığa namizəd Gültəkin Sadıqova vəzifəsindən rəsmən azad olunub.
Bu barədə Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Burcalı Ağayev unikal.org-a məlumat verib.
İH rəsmisi bildirib ki, Gültəkin Sadıqova hazırda azadlıqdadır və barəsində məhkəməyə təqdimat verilməyib: “Onun barəsində iltizam qətimkan tədbiri seçilib və tutduğu vəzifəsindən azad olunub. G.Sadıqova icra hakimiyyətindəki otağını da boşaldıb”.
Qeyd edək ki, DTX əməkdaşları G.Sadıqovanın otağına baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
İnternet resurslarında G.Sadıqovanın qaranlıq biznesi ilə bağlı da ilginc məlumatlara rast gəlinir. Məsələn, medianın iddia etdiyinə görə, bağçalara nəzarəti öz üzərinə götürən Gültəkin Sadıqova dövlət və daxili büdcədən ərzaq məhsullarının alınması üçün ayrılan yüz min manatlarla vəsaitin bir hissəsini cibinə axıdıb. Bağçalardakı ərzaq maxinasiyasında əldə olunan qazancın 40 faizinin hazırda həbsdə olan sabiq icra başçısı İsmayıl Vəliyevə çatdığı deyilir.
“Aparılan araşdırmada məlum oldu ki, hər il Neftçala şəhər və kəndlərindəki uşaq bağçalarına dövlət və rayonun daxili büdcəsindən 100 min manatlarla vəsait ayrılır. Ümumi vəsait təxminən 300-400 min manat təşkil etdiyi halda Neftçala bağçalarındakı ərzaq çatışmazlığı bircə o anlama gəlir ki, rayonun icra başçısı İsmayıl Vəliyev və müavini Gültəkin Sadıqova uşaqların adına ayrılan vəsaiti silərək mənimsəyirlər. Beləliklə, icra başçısı ilə müavini hər il bağça maxinasiyasında ən azı 150-200 min manat qazanc götürürlər” deyə, 7news.az saytında bildirilir. Gültəkin Sadıqovanın hətta Neftçala Rayon İcra Hakimiyətinin başçısı arzusuna düşdüyü də qeyd olunur.
İddiaya görə, Gültəkin Sadıqovanın nəinki Neftçala rayonunda obyektləri, villaları, hətta Bakı şəhərində yeni tikilmiş binalarda mənzilləri, öz adında qeydiyyatda olmayan obyektləri də olub.
Məktəblərə direktorların təyin edilməsi, dərs saatlarının bölüşdürülməsi belə icra başçısının xanım müavini ilə məsləhətlilə həyata keçirilib.
Daha bir diqqətçəkən məqam YAP-ın bəzi üzvlərinin G.Sadıqovanın namizədliyinə qarşı olmasıdır. Bu barədə də internetdə məlumatlar var. Bildirilir ki, YAP-ın rayon təşkilatının bəzi üzvləri hakim partiyadan namizədliyi irəli sürülən Gültəkin Sadıqovaya qarşıdırlar. Sitat: “Gültəkin Sadıqovanın Milli Məclis kimi mötəbər bir quruma Neftçalada YAP-ın namizədi olması partiyamızın rayondakı nüfuzuna vurulan zərbədir. Biz həmçinin bu namizədin YAP-da olmasını hakim partiya adlna ləkə kimi qəbul edirik. Əlbəttə, biz bilirik ki, Gültəkin Sadıqovanın namizədliyinin arxasında duran adam icra başçısı İsmayıl Vəliyevdir. Məhz İsmayıl Vəliyevin Gültəkin Sadıqova ilə münasibətləri bu qadının karyerasının əsasını təşkil edib.
Gültəkin Sadıqovanın adı daima rayonda korrupsiya və rüşvət qalmaqallarında hallanır. Onun başçı İsmayıl Vəliyev üçün pul yığdığını rayonda hər kəs bilir. Nə qədər insanı aldatdığı da ortadadır. Bu gün Neftçala səhiyyəsinin, Neftçala təhsilinin və ən əsası Neftçala mədəniyyətinin bərbad vəziyyətdə olmasının əsas səbəbkarlarından biri də Gültəkin Sadıqovadır və onun icra başçısı ilə birlikdə yürütdüyü koppursioner siyasətdir.
Gültəkin Sadıqovanın Milli Məclisdə Neftçalanı təmsil etmək üçün mənəvi haqqı yoxdur. Bu sözlərimizə sübut olaraq onu göstərə bilərik ki, bir zamanlar Gültəkin Sadıqovanın adı narkotik qalmaqalında belə hallanıb və başçının humanitar məsələlər üzrə müavinin xalası İrandan narkotik gətirərkən həbs edilib və uzun müddət həbsxanada yatıb. Həmin vaxt rayonda gəzən söz-söhbətlərdə Gültəkin Sadıqovanın da adı hallanırdı".
Yada salaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayonunda keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində icra başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavinləri Vurğun Əkbərov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidov, rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar. Onlar barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.(musavat.com)
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)