Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının komissarı nələri müzakirə edib? - Açıqlama
17-02-2020 [18:09]
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsselə işçi səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) ticarət üzrə komissarı Fil Hoqan ilə görüşüb.
XİN-dən Mia.az-a verilən məlumata görə, konstruktiv və qarşılıqlı faydalı tərəfdaşlıq mühitində keçən görüşdə Azərbaycan ilə Aİ arasındakı əməkdaşlıq məsələləri, habelə ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni sazişlə bağlı danışıqların gedişatı müzakirə edilib.
E.Məmmədyarovu səmimiyyətlə salamlayan F.Hoqan Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair sazişin ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təkan verəcəyindən əminliyini ifadə edib.
Öz növbəsində, nazir Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş layihəsi üzrə aparılan danışıqların cari vəziyyəti və müzakirəsi davam edən məsələlər barədə qarşı tərəfə məlumat verib.
Komissar Azərbaycan Respublikası ilə sazişi layihəsinin ticarət bloku üzrə danışıqların intensivləşdirilməsinin əhəmiyyətini qeyd edib və sənədin bu ilin iyun ayında keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər yekunlaşdırılaraq tədbir zamanı paraflanmasını təklif edib.
E.Məmmədyarov Azərbaycan tərəfinin danışıqları konstruktiv, bərabər hüquqlu və hər iki tərəfin maraqlarına cavab verəcək şəkildə davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Tərəflər həmçinin Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhvəsini yüksək qiymətləndirərək Cənubi Qaz Dəhlizinin yekunlaşması və onun gələcəkdə digər layihələr vasitəsilə inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
"Evdən iş" forması - Yeni qanun parlamentdə ilk oxunuşdan keçdi
Nərimanovda dərəbəylikdir - Şirkət sakinlərin istilik, elektrik və qaz xətlərini kəsib
Hakan Fidan ABŞ səfiri ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Volkan Dəmirəl istefaya göndərildi - Yeni təyinat oldu
General-mayor vəzifəsindən azad olunub
Mərc oyunları reklamı qadağan olunacaq - Türkiyədə
Prezident İlham Əliyev amnistiya elan edib - Nə qədər məhkum azad olunacaq? (YENİLƏNİB)
Azərbaycan və Türkiyə arasında yeni anlaşma: nələr olacaq? - TƏHLİL
Cəmil Həsənli növbəti dəfə istintaqa çağırıldı
Xətaidə pirotexniki vasitə satan şəxs saxlanıldı
Deputatlar bu tarixdə toplanacaq
"Fənərbağşa"dan ayrılan məşhur hücumçu yeni kluba keçir
Qənimət Zahidə ittiham aktı elan olunub - Məhkəmə prosesi
Deputat: "Ət ala bilməyən minlərlə ailə var, şadlıq evlərində isə tonlara kabab zibilə atılır"
Vergi Məcəlləsinə dəyişiklik olunub - DETALLAR
Bu xidmətlərdən dövlət rüsumu tutulmayacaq - Yeni qanun
Xocalının daha iki kəndinə köç olub
Sabah yağış yağacaq
Tramp BBC-dən 5 milyard dollar tələb edir - Məhkəmə qəlmaqalı
İrandan Azərbaycana 31 kq narkotik keçirənlər saxlanılıb
Generalın yerinə polkovnik təyin olunacaq? - Yeni iddia yayıldı
İndoneziyada fəlakət: hələ də 206 nəfəri cəsədi axtarılır
Azərbaycan və Türkiyə arasında daha bir Anlaşma ratifikasiya edilib
Partiya sədri: "...niyə onların sürücü və katibəsi olmalıdır?" - "Belə bir sistemə keçsək, məmurların bir çoxu acından oboy yeyər..."
Pakistanda zəlzələ - 5.2 bal gücündə
Meksikada təyyarə qəzaya düşüb - Ölənlər var, itkin düşənlər var
Avropa Məhkəməsi Gültəkin Hacıbəyliyə "yox" dedi - Ərizə rədd edilib
Abşeron xəstəxanasında arzuolunmaz hallara dair bildiriş sistemi təkmilləşdiriləcək - FOTOLAR
Babək Quliyev UEFA-dan təyinat alıb
AHİK VIII Qurultay keçirir - Nələr dəyişəcək?
Trampdan Ukrayna ilə bağlı mesaj: "Proses ehtiyatla, lakin müsbət şəkildə davam edir"
Ankarada İŞİD-ə qarşı növbəti əməliyyat: həbs olunanlar var
Yardımlıda iranlı narkotacirlər saxlanılıb
Azərbaycan nefti 63 dollara düşdü
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub
Baş nazirin sabiq I müavini Abbas Abbasov axtarışa verildi - Ramiz Mehdiyevin cinayət işi üzrə
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
Bu gün Masazırda işıq olmayacaq
Zakir Qaralova ağır itki üz verib